Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-Rusiya qarşıdurması: Qara dənizdə hərbi gəmilər və qırıcılar döyüş vəziyyətinə gətirilib
Hərbi gəmilər

ABŞ Prezidenti Bayden vəzifəsinin icrasına başlamasından 10 gün keçməmiş Qara dənizdə Rusiya və ABŞ arasında ilk qarşıdurma baş verib. ABŞ “Müttəfiqlərimiz üçün Qara dənizdəyik”, - mesajını paylaşıb.

Reyting.az xəbər verir ki, ABŞ Hərbi Dəniz Donanmasına aid raketlərlə yüklənmiş USS “Donald Cook” döyüş gəmisi yanvarın 25-də Qara dənizə daxil olub.

ABŞ-a anında cavab verən Rusiya isə “Admiral Makarov” hərbi gəmisini dənizə çıxarıb. Eyni zamanda Kremlin təlimatı ilə Krım yamaclarında “Bastion” sistemi ilə raket həmlələri həyata keçirilib.

Məlumat üçün bildirək ki, Rusiya illərdir ABŞ və NATO hərbi gəmilərinin Qara dənizdə üzməsinə qarşı çıxır.

“Qara dənizdə yalnız Rusiya, Türkiyə və dənizlə sərhəddi olan digər ölkələrin hərbi gəmilərinin üzə biləcəyi” deyən Rusiya hər fürsətdə Türkiyəyə Montro anlaşmasını xatırladır.

2014-cü ildə Krımı işğal edən Rusiya NATO və ABŞ gəmilərinə qarşı daha sərt mövqe nümayiş etdirir.

İndiki halda USS “Donald Cook” hərbi gəmisinin daşıdığı silahlar Moskvanı narahat edir. Gəmidə ABŞ-ın raket qalxanı sisteminin bir hissəsi olan “Aegis” raketləri ilə yanaşı 2500 kilometrdə hədəfi dəqiq məhv edən “Tomahavk” raketləri də var.

“Admiral Makarov” gəmisinin də havada düşmən raketlərini dəqiqliklə və dərhal məhv etmək sisteminə malik olduğu bildirilir. Həmçinin “Admiral Makarov” gəmisini havadan “Su-30” və “Su-24” qırıcıları qoruyur.

ABŞ-ın Ankaradakı səfirliyi isə ölkəsinin 6-cı filosunun Qara dənizlə bağlı “Tvitter”ini paylaşıb. “Tvitter” paylaşımında “NATO müttəfiqləri arasında birlikdə əməkdaşlığı artırmaq məqsədilə USS “Porter” və USS “Donald Cook” Qara dənizdə NATO, “Avacs” (kəşfiyyat təyyarələri) və “P-8A” ilə manevrlər həyata keçirib”,- ifadəsi yer alıb.

Bundan başqa, paylaşıma Bolqarıstan, Gürcüstan, Türkiyə, Rumuniya bayraqları əlavə edilərək “gəmilərimiz və təyyarələrimizlə buradayıq”,- mesajı verilib.

Paylaş »
››› Bayden: "İranın Suriyadakı silahlılarına zərbə mənim göstərişimlə endirildi"
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızının ölüm səbəbi məlum oldu
››› İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
››› Akademiyadan tələbənin intiharı ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »