Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baxçalının Şuşada məktəb layihəsi: MHP heyəti yer seçməyə gəldi
Dövlər Bağcalı - Boz Qurdlar

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) heyəti Şuşada məktəb tikintisi üçün yer seçmək üçün dünən Bakıya gəlib.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, heyətə MHP başqan yardımçısı Mevlut Karakaya, Ülkü Ocaqları başqanı Ahmet Yığit Yıldırım, İsparta bələdiyyəsinin keçmiş başqanı, memar Yusuf Ziya Günaydın daxildirlər.

Heyəti Heydər Əliyev Bakı Beynəlxalq Aerportunda Türkiyənin Bakıdakı səfiri Erkan Özoral və Azərbaycan Ülkü Ocaqları başqanı Hakan Seyhan qarşılayıblar. Heyət Bakıda görüşlərdən sonra bu gün məktəb tikintisi üçün yer seçmək üçün Şuşaya gedəcək.

Xatırladaq ki, MHP başqanı Dövlət Baxçalı yanvarın 16-da Ülkü Ocaqlarının təhsil Fondunun Şuşada Üzeyir Hacıbəyovun adını daşıyacaq 9 illik məktəb tikmək istədiyini bildirib. Bunun üçün Azərbaycan və Türkiyə prezidentlərindən icazə istəyib. Baxçalının bu təklifinə Bakıdan dəstək verilib və bir neçə gün əvvəl Baxçalı partiyasının parlament qrupu qarşısında çıxışı zamanı məktəbin eskizini nümayiş etdirib, MHP heyətinin məktəb üçün yer seçmək məqsədi ilə tezliklə Şuşaya gedəcəyini açıqlayıb.

Baxçalı bildirib ki, məktəb tikildikdən dərhal sonra Azərbaycan dövlətinə təhvil veriləcək.

Paylaş »
››› İqbal Ağazadə: “Belə getsə, növbəti müharibə qaçılmaz olacaq"
››› Navalnının bizim haqqımızda dedikləri başına bəla oldu
››› Bayden Putinə ilk zərbəni hazırlayır
››› Neft şirkətinin karantin düşərgəsində nə baş verir?- SOCAR-dan açıqlama
››› Fevralın 25-nə olan hava proqnozu
››› Böyük qayıdış üçün sorğu nəyə lazım: "Bu nə deməkdir - gedirsiniz ya getmirsiniz?"
››› Putin tanınmış aktyoru Rusiya vətəndaşlığına qəbul etdi
Son xəbərlər
Bütün xəbərlər »