Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gələn il üçün dövlət büdcəsinin hazırlanacağı müddət açıqlanıb
Nazirlər  Kabineti

2022-ci ilin dövlət və icmal büdcəsinin layihəsinin hazırlanacağı vaxt məlum olub.

Bizimyol.info xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovun “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin hazırlanması barədə” imzaladığı sərəncamda bildirilib.

“Büdcə sistemi haqqında” qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq, Maliyyə Nazirliyi ölkənin növbəti il və sonrakı üç il üçün büdcə xərclərinin funksional təsnifatının pilot bölmələrini əhatə edən OMXÇ sənədinin layihəsini, növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcəsinin layihəsini və sonrakı üç il üçün icmal büdcənin göstəricilərini, İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının növbəti büdcə ili və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasını və proqnoz göstəricilərini, toplu maliyyə balansının layihəsini 2021-ci il sentyabrın 15-dək hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi üçün Nazirlər Kabinetinə təqdim etməlidirlər.

Paylaş »
››› Hacıbala Abutalıbov Bakıdan köçüb
››› Martın 7-nə olan hava proqnozu
››› Avropaya açılan Naxçıvan dəhlizindən hansı ölkələr yararlanacaq...
››› Aram Qabrelyanov: "Ermənistanda hakimiyyətə yeni Njde gələcək"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Polis Sarkisyanın iqamətgahını mühasirəyə aldı
››› "Yoluxma sayının artmasını böyütməyək" - Professor
Son xəbərlər
Bütün xəbərlər »