Goranboy rayonunda ağır yol qəzası olub.
"Report"un məlumatına görə, mikroavtobusun yük maşınına çırpılması nəticəsində 1976-cı il təvəllüdlü Şəmkir rayon sakini Hikmət Əhmədov hadisə yerində dünyasını dəyişib.
Daha iki nəfər - 1965-ci il təvəllüdlü Mirzəyeva Mehriban Mirzə qızı və onun övladı, 1998-ci il təvəllüdlü Həsənova Nigar Əşrəf qızı ağır yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.