Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyanla jurnalist qız arasında "Şuşa qalmaqalı" böyüyür
Nikol Paşinyan

Baş nazir Nikol Paşinyanın Şuşa haqda dediyi fikirlər Ermənistan cəmiyyətində etirazlarla qarşılanmışdı.

Həqiqətin belə açıq ifadə olunması çoxunun xoşuna gəlməmişdi. Paşinyanın zəbt olunana qədər Şuşa əhalisinin 90 faizinin azərbaycanlılardan ibarət olduğunu deməsi çox sərt qarşılanmışdı. Məsələ bir həftədən çoxdur gündəmdən düşmür.

Bizimyol.info xəbər verir ki, buna görə baş nazirlə jurnalist Lika Sarkisyan arasında mübahisə yaranmışdı. Qalmaqal bir az da böyüyür. Sarkisyan Paşinyanın Şuşa haqda sitatının yazıldığı plakatla hökumət binasının qarşısına gəlib.

Qalmaqalın təməli “Yerablur” məzarlığında qoyulmuşdu. Onda Sarkisyan Paşinyandan Şuşa əhalisinin əksər hissəsinin azərbaycanlılardan təşkil olunması haqda fikrini şərh etməyini istəmişdi. Baş nazir buna sərt reaksiya vermişdi, jurnalistdən yazılı fakt tələb etmişdi. Sarkisyan məhz buna görə hökumət binasının qarşısına Paşinyanın sitatı yazılan plakatla gəlib. Plakatda yazılıb: “Şuşa əhalisinin 90 faizi azərbaycanlılardan ibarət idi. Demək istəyirsiniz ki, 90 faiz azərbaycanlı ilə Şuşa statusla ermənilərin şəhəri sayılır?”

Şuşa şəhərinin havadan görüntüsü - Video Şuşa şəhəri

Sarkisyan plakatı açanda onun yanında bir neçə yoldaşı da olub. Jurnalistin başına xeyli insan toplanıb. Buna baxmayaraq, Paşinyanın tərəfdarları onun plakatla çox dayanmasına imkan verməyiblər. Sarkisyanın əlindən böyük kağız hissəsini alaraq cırıblar.

Paşinyan Şuşa ilə bağlı qalmaqallı fikirləri yanvarın 21-də parlamentdə demişdi. Cəmiyyətdə ilk dəqiqələrdən ona etiraz etməyə başlamışdılar. Ermənistanda baş nazirin belə açıq mətnlə həqiqəti dilə gətirəcəyini gözləmirdilər. Buna görə də günlərdir məsələ müzakirə olunur. Müxtəlif siyasətçilər Paşinyanın ünvanına sərt ifadələr işlədir. Sosial sorğular baş nazirə qarşı qəzəbdən xəbər verir. Paşinyan tərəfdarları vəziyyəti yumşaltmaq üçün ifadələrin düz anlaşılmadığını bildirir.

Sosial şəbəkələrin Ermənistan seqmentində hadisə xeyli müzakirə olunub. Əksəriyyət jurnalistə haqq qazandırıb. Yenə baş nazirin ünvanına təhqirlər yağdırılıb. Paşinyanın pərəstişkarları da susmur. Onlar baş nazirin yersiz hədəf seçildiyini düşünür.

Paylaş »
››› Bakı Metropoliteni: Sərnişinləri qarşılamağa hazırıq
››› Sülhməramlıdan BBC-yə açıqlama: "Azərbaycan hər mübahisəli ərazi üçün axıra qədər gedəcək"
››› Almaniya və Rusiya arasında kəşfiyyat qalmaqalı
››› Azərbaycanda necə milyonçu olmaq olar: "Arxasında gözəgörünməz əl var"
››› Vladimir Jirinovski: Ermənistanı zorla Rusiyanın tərkibinə daxil etmək lazımdır...
››› Təcavüzdə ittiham olunan məşhur aktyor: “Mən neyləyə bilərəm ki?”
››› Nazir Baş direktoru işdən çıxardı
Son xəbərlər
Bütün xəbərlər »