Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Konqresində “daxili düşmənlər” tapılıb
ABŞ Konqresi

ABŞ Konqresinin aşağı palatasının (Nümayəndələr Palatası) sədri Nensi Pelosi Kapitolidə təhlükəsizliyi təmin etmək və onu “daxili düşmənlərdən” qorumaq üçün büdcədən daha çox maliyyə ayrılmasını istəyib.

“Report” xəbər verir ki, bu barədə “RİA Novosti” “İndependent”ə istinadən məlumat verib.

Parlamentari qeyd edib ki, keçmiş prezident Donald Trampın tərəfdarları tərəfindən Kapitoliyə basqın edildikdən sonra getdikcə daha çox konqresmen öz təhlükəsizliyi üçün narahatdır. Pelosi yalnız xarici deyil, həm də daxili təhlükə olduğunu düşünür. “Bu, Konqres binasının təhlükəsizlik sisteminə çəkilən xərcləri artırmaq üçün səbəbdir”, - o bildirib.

Pelosi almağa ümid etdiyi vəsaitin dəqiq məbləğini açıqlamayıb.

Kapitolinin mühafizəsinin gücləndirilməsinin zəruriliyini daha əvvəl Konqres binasında polis rəisi də bildirmişdi. O, yaxınlıqda əlavə polis qüvvələrinin yerləşdirilməsini və əlavə çəpərlərin qoyulmasını istəmişdi.

Xatırladaq ki, ABŞ Konqresinin binasına basqın yanvarın 6-da - Vaşinqtondakı mitinq iştirakçılarının prezident seçkisinin nəticələrinin təsdiqlənmək üzrə olduğu Kapitoliyə doğru hərəkət etməsindən sonra baş verib. Etirazçı kütlə binaya soxularaq Konqresin ortaq iclasını yarımçıq saxlatmışdı.

İğtişaşlar nəticəsində etirazçı qadın və polis ölüb, daha üç nəfər isə zorakılıqla əlaqəli olmayan səbəblərdən dünyasını dəyişib. Hüquq-mühafizə orqanları iğtişaşçıları binadan çıxardıqdan sonra konqresmenlər demokrat Cozef Baydenin prezident seçkisindəki qələbəsini təsdiqləyiblər.

Paylaş »
››› Bayden: "İranın Suriyadakı silahlılarına zərbə mənim göstərişimlə endirildi"
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızının ölüm səbəbi məlum oldu
››› İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
››› Akademiyadan tələbənin intiharı ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »