Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Rusiya gəncliyi bezib, dəyişiklik istəyir”
Rusiyada etirazlar, Novosibirsk, 22 yanvar, 2021

Rusiya müxalifətinin lideri Aleksey Navalnı həbsdə qalır.

Onun tərəfdarları, eyni zamanda hakimiyyətin əleyhdarları Vladimir Putinin əsas rəqibinin azadlığa buraxılmasını tələb edir. Bunun üçün yanvarın 23-də Rusiyanın 100-dən çox şəhərində etiraz yürüşləri keçirilib. Bu şənbə də nümayişlər gözlənilir.

Aleksey Navalnı, Vladimir Putin Aleksey Navalnı, Vladimir Putin

Bizimyol.info xəbər verir ki, “Le Figaro” Rusiya siyasi səhnəsində baş verənlərlə bağlı yazı hazırlayıb. Burada Navalnının şimal ölkəsinin gəncləri üçün mübarizə rəmzinə çevrildiyi qeyd olunub. “Rusiya gəncliyi bezib, dəyişiklik istəyir”, - “Le Fifaro” mitinqlərdə görünən yeyinetmələrdən, gənclərdən bəhs edib.

“Yanvarın 22-də Moskva məktəblisi Saşanın 15 yaşı tamam olub. Gözəl sifət cizgiləri olan, qısa saçlı səkkizinci sinif şagirdi sosial şəbəkələrdə çoxlu məlumatlar yazır. Onun fəallığı 2019-cu ildə Moskvada küçədə toplaşan insanların həbslərindən sonra başlayıb. Yeniyetmə “Le Figaro”ya deyib: “Mən ölkədə baş verənləri görüb heç nə etmədən dayana bilmərəm. Biz XXI əsrdə yaşayırıq, amma elə təəssürat var, sanki sovet dövrünə qayıtmışıq”.

Rusiyada etirazlar, Novosibirsk, 22 yanvar, 2021 Rusiyada etirazlar, Novosibirsk

Saşa mitinqə atası ilə çıxıb. Yeniyetmənin dediyinə görə, atası çox həyəcanlanırmış, buna baxmayaraq, oğluna dəstək olmaq qərarına gəlib.

“21 yaşlı Anastasiyada işlər bir az fərqlidir. Valideynləri onun baxışnı bölüşmür. Gənc qız marketinq şirkətində işləyir, amma asudə vaxtlarında qadın haqlarının müdafiəsində fəal iştirak edir”.

Anastasya yazının müəllifi Estel Levresə deyib ki, valideynləri onu qətiyyən başa düşmür. O, atasının, anasının dəyişikliklərdən qorxduğunu bildirib: “Onlar deyir ki, Putin sabitlik gətirib. Soruşurlar ki, paltarın, yeməyin var, daha nə istəyirsən?. Mənə isə bunlar kifayət deyil. Mən ölkəni idarə edəcək adamı seçmək, özünü ifadə etmək imkanı istəyirəm”.

Vladimir Putinin olduğu deyilən saray Vladimir Putinin olduğu deyilən saray

Sosioloq Ella Paneyah “Le Figaro”ya deyib ki, əsas informasiyanı televiziyadan alanlarla alternativ kanallara müraciət edənlər arasında ciddi fikir fərqliliyi var. Birincilər hakimiyyətin təbliğatının təsirinə düşürlər. Paneyah bu mənada sosial şəbəkələrin böyük iş gördüyünü deyir.

Sosial şəbəkələrdə Navalnının müdafiəsinə həsr olunan mitinqlər daha geniş yayımlanıb. Amma çərşənbə günü Kreml şəbəkələrə sanksiyalardan danışmağa başlayıb.

Yanvarın 31-də Rusiya müxalifətinin növbəti mitinqi olacaq. Anastasiya yenə etiraz aksiyasında iştirak etmək fikrindədir.

Paylaş »
››› “Əvvəl İsraildə səfirliyimizin açılmasına İran mane olurdu, indi isə…” – Sabiq XİN rəhbəri
››› Türkiyə həkimi Elmar Vəliyevin anlaqlı olmadığını təsdiqlədi
››› Mübariz Mənsimovun bacısı: “Çörəyini yeyib ona pislik edənlər oldu... İndi çox sevinirəm"
››› Yaşı 5-dən çox olan avtomobillərin idxalı dayandırılır: "Təbii ki, qiymətlər artacaq" 
››› Mübariz Mənsimov: "Mən sadəcə, dövlətə, şəhid ailələrinə, tələbələrə yardım etmişəm"
››› Dünyanın ən mühüm nemətlərindən birində qıtlıq gözlənir
››› ABŞ Ermənistana Azərbaycanla dostluq etmək üçün pul ayırır
Son xəbərlər
Bütün xəbərlər »