Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qazaxıstana pomidor ixracı bərpa olundu
Pomidor

Azərbaycandan Qazaxıstana ixrac olunan pomidor məhsullarına tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb.

“Qafqazinfo” xəbər verir ki, AQTA və aidiyyəti qurumlar Qazaxıstanın müvafiq qurumları ilə danışıqlar aparıblar.

Agentliyin mütəxəssisləri tərəfindən müxtəlif təsərrüfatlardan, yük partiyalarından və daxili bazarlarda satışa çıxarılan pomidor məhsullarından götürülən nümunələrdə qonur qırışıqlıq virusu və digər viruslar aşkar olunmadığını əks etdirən sübutlara əsasən 29 yanvar 2021-ci il tarixindən bu ölkəyə pomidor ixracı ilə məşğul olan 40 müəssisəyə ixrac üçün icazə verilib.

Eyni zamanda, sözügedən virusun bir sıra dünya ölkələrində yeni karantin tətbiq olunan zərərli orqanizm kimi müəyyən olunması nəzərə alınaraq bu virusun tədqiqi ilə bağlı hər iki ölkənin mütəxəssislərindən ibarət işçi qrupunun yaradılması ilə bağlı qarşılıqlı razılıq əldə olunub.

Bildirilir ki, ixrac üçün icazə verilən hər bir təsərrüfatın məhsul partiyalarından AQTA tərəfindən qonur qırışıqlıq virusu üzrə müayinələr aparılacaq və müayinələrin nəticələrinə uyğun olaraq müvafiq sertifikatla təmin olunan sahibkarlıq subyektləri bu ölkəyə pomidor məhsulu ixrac edəcəklər.

Hazırda AQTA ilə Qazaxıstanın müvafiq qurumları arasında müzakirələr davam etdirilir.

Qeyd edək ki, dünən AQTA Qazaxıstanın Azərbaycandan idxal olunan pomidorlara virus səbəbindən məhdudiyyət tətbiq etməsi ilə bağlı məlumat yaymışdı.

Paylaş »
››› Yeni karantin “müjdəsi” - anlaşılmayan qərarlar
››› Ermənistan ordusunun polkovniki müharibə haqda sensasion məlumatlar açıqladı
››› “Əvvəl İsraildə səfirliyimizin açılmasına İran mane olurdu, indi isə…” – Sabiq XİN rəhbəri
››› Türkiyə həkimi Elmar Vəliyevin anlaqlı olmadığını təsdiqlədi
››› Mübariz Mənsimovun bacısı: “Çörəyini yeyib ona pislik edənlər oldu... İndi çox sevinirəm"
››› Yaşı 5-dən çox olan avtomobillərin idxalı dayandırılır: "Təbii ki, qiymətlər artacaq" 
››› Mübariz Mənsimov: "Mən sadəcə, dövlətə, şəhid ailələrinə, tələbələrə yardım etmişəm"
Son xəbərlər
Bütün xəbərlər »