Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ceyhun Bayramov Sergey Lavrovla telefonla danışıb
Ceyhun Bayramov Sergey Lavrovla telefonla danışıb

Yanvarın 29-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Bizimyol.info xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat verilib.

Nazirlər bölgədə mövcud olan vəziyyəti və 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Tərəflər, ikitərəfli münasibətlərin müxtəlif aspektləri, həmçinin beynəlxalq təşkilatlarda, o cümlədən BMT, ATƏT və digər çərçivələrdə əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Son xəbərlər
Bütün xəbərlər »