Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kriptovalyutalar sürətlə dəyər qazanır – Elon Maskın əliylə
bitkoin

Kriptovalyuta bazarında yeni yayılan Dogecoin bir gündə yüzdə 812 faiz dəyər qazanıb. İndi onun bazar həcmi 9 milyard 394 milyon dollar yüksəlib. O hazırda kriptovalyutalar siyahısında 7-ci pillədə qərarlaşıb.

Bitcoin isə 24 saat içərisində 30,921 dollar və 34,320 dollar civarında dalğalanmadan sonra 33000 dollarda qərarlaşıb.

Qeyd edək ki. Bitcoinin son yüksəlişinə milyarder Elon maskın paylaşımı səbəb olmuşdu. O öz Twitter hesabında bitcoin barədə bir iki kəlmə yazmaqla onu 40000 dollara qədər yüksəldə bilmişdi. İqtisadçı Natiq Cəfərli qeyd edib ki, indi dünya iqtisadiyyatını köklü , fundamental analizlər deyil, bəzi qüvvələrin saxta paylaşımları idarə edir, yönləndirir.

Elon Mask Elon Mask

“Elon Musk dünən axşam öz Twitter hesabında bir söz paylaşıb - "Gamestonk" (həm firmanın adına oxşayır, həm də birja memi olan sözdür), hamı bunu həmin şirkətə işarə kimi başa düşüb. Və mağazanın səhmləri dəhşət bahalaşıb. Təsəvvür edin ki, 4 yanvarda 17,25 dollar olan səhm, birjalarda satış maksimumu bir ara 339 dollara qalxdı, sonra 292 dollarda sabitləşdi.

Dünyada bazarın da, bazar iqtisadiyyatının da zayı çıxıb, əvvəllər iqtisadi analiz, modellər, elmi yanaşmalar, istehsal, real sektor daha öndə idisə, indi ancaq xəbər axını və şaiələr qiymət müəyyənləşdirir. Elon dünyanın ən böyük içiboş "piramidası" olan bitcoinin də yadacısı və ən böyük bitcoin sahibidir. İnsanın imici o qədər önə çıxıb, o qədər əfsanələşib ki, bir twit-lə bir günə artıq milyardlar qazana bilir. O bitcoinin bir qismini maksimumlarda satır, əlində böyük "cash" yığılır, yatırıma yer axtarır, "GameStop"-un səhmləri ucuz olanda almağa başlayır, gözləyir və sonra belə bir twit atır, nəticədə səhm qiyməti 339 dollara qalxır, həmin səviyyədən satmağa başlayır. Etimal edirəm ki, indi Elon bəyin əlində yenə külli miqdarda "cash" var, və o yeni imkanlar axtarır”.

İlhamə

Paylaş »
››› "Yoluxma sayının artmasını böyütməyək" - Professor
››› Martın 8-nə olan hava proqnozu
››› Putinə evlənməyi təklif edən qadın prezidentin buna reaksiyasından danışdı
››› Səfir üzərindən Azərbaycana qarşı kampaniyanı kim təşkil edir - erməni izi...
››› Putin İranın ali rəhbərinin məktubunu cavablandırdı
››› Külək Bakı-Qazax yolunda "Kamaz"ı aşırıb - Foto
››› Ərdoğan NATO-nun Baş katibinə təşəkkür etdi
Son xəbərlər
Bütün xəbərlər »