Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, Qarabağda atəşkəsə nəzarət edəcək Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayır.
Mərkəzin yaxın gələcəkdə tam fəaliyyətə başlaması gözlənilir. Bu məsələ ilə bağlı ictimaiyyətdə müzakirələr aktuallaşıb.
Mərkəz bizə nə vəd edir? Təhlükəli məqamlar ortadan qalxacaqmı? Proseslər necə tənzimlənəcək? Qanunsuz səfərlərin qarşısı alınacaqmı?
“Bu mərkəzin fəaliyyətə başlaması çox mühüm hadisədir. Regionda iki böyük dövlətin-Türkiyə və Rusiyanın əməkdaşlığı baxımından da çox önəmlidir. Türkiyə hər üçün Cənubi Qafqaz dövlətilə sərhəddir. Rusiyanın da bu bölgədə maraqları bəllidir”.

Bunu Bizimyol.info-ya Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli bildirib.
E.Həsənli qeyd edib ki, terrorçu erməni hərbi birləşmləri regiondan tamamilə çıxarılacaq, onların qanunsuz fəaliyyətinin qarşısı alıcaqdır: “Atəşkəsi pozan cinayətkar rejim cəzalanacaqdır. Bu rejimin Qarabağda fəaliyyətinə birdəfəlik son qoyulmalıdır. Bütün sərhədlər müəyyənləşəndən sonra Laçın dəhlizində də Azərbaycan sərhədçiləri və gömrükçüləri duracaq. Ora Azərbaycan ərazisidir. Proses ona doğru gedir.
İşğalçılar Ermənistana getməlidir, terrorçular həbs olunmalıdır. Terrorçular Azərbaycan qanunvericiliyi çərçivəsində cavab verəcəklər. O seperatçı rejimdən heç kim qalmayacaq.
Azərbaycan əraziləri beynəlxalq hüquqda olduğu kimi diplomatiyada da həll olunub. Qarabağ Azərbaycanın ərazisidir. Qarabağ Azərbaycanın artıq daxili məsələsidir. Sülhməramlılar da Azərbaycan qanunvericiliyinə hörmət etməlidirlər. Kimsə buna hörmət etməyəcəksə, o prosesdən kənarlaşdırılacaq. Azərbaycan dövləti konkret addımlar atacaq. Hər kəs beynəlxalq hüquqa hörmət etməlidir”.
Ekspert bildirib ki, təhlükəsizlik məsələsinin həllindən sonra abadlıq və quruculuq işləri başlayacaq: “Qarabağda yaşayan ermənilər Azərbaycan bayrağı altında vətəndaşlığı qəbul edəcəklərsə, qalıb yaşayacaqlar. Əgər bunu istəməsələr, onlar Ermənistana və başqa ölkələrə köçüb gedə bilərlər.
Monitorinq Mərkəzi imkan verəcək ki bölgədə sülh davamlı olsun. Yaxın müddətdə orada quruculuq işləri olacaq. Füzulidə hava limanı istifadəyə veriləcək. Şuşa yolu təmiz tikiləcək. Şuşanın və başqa ərazilərin bərpasına başlanılacaq. Ərazilər minalardan təmizlənəndən sonra abadlıq və quruculuq işləri proses sürətlənəcək”.