Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AFFA AVRO-2020 ilə bağlı apreldə veriləcək qərarı gözləyir
AFFA

AFFA apreli gözləyir - AVRO-2020 ilə bağlı qərarı

Koronavirus pandemiyası üzündən 2020-ci ildən 2021-ci ilə təxirə salınan AVRO-2020 barədə yekun qərar apreldə verilə bilər.

Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov açıqlayıb.

O bildirib ki, 12 şəhərdə, o cümlədən Bakıda təşkil olunacaq yarışla bağlı qeyri-müəyyənliyə üç aydan sonra son qoyulmalıdır: “UEFA-nın baş katibinin xüsusi videomesajı var. Onlar da səbirsizliklə Avropa çempionatını gözləyirlər. İki gün əvvəl UEFA bununla bağlı xüsusi konfrans keçirdi, mən də həmin konfransda iştirak etdim. Hazırda koronavirusla bağlı vəziyyəti də məruzə etdik. UEFA-nın son qərarı apreldə veriləcək. Hazırda 12 şəhərin vəziyyəti tam fərqlidir. Şəxsi fikrim belədir ki, hər şəhərdə öz sistemi tətbiq olunacaq. Standart sistem tətbiq etmək çətindir. Bəzi ölkələrdə komendant saatı tətbiq olunub. Bizdə isə sərt karantin rejimi ləğv olunur, şərtlər yumşaldılır. Ümid edirəm ki, belə də davam edəcək, sərtləşdirmə olmayacaq. Amma heç kim zəmanət verə bilməz. Qərar verildi ki, apreldə yenidən görüşək. Hər həftə vəziyyətlə bağlı məlumat göndəririk. İnanmıram ki, UEFA yarışı bir və ya dörd şəhərə təyin etsin. İki gün əvvəl biz də daxil olmaqla, 12 şəhər nümayəndəsi qeyd elədi ki, oyunları səbirsizliklə gözləyir. Azarkeşlərin 100 faizinin stadiona daxil olması hələlik şübhə altındadır. Bununla bağlı müxtəlif ssenarilər var”.

Paylaş »
››› İqbal Ağazadə: “Belə getsə, növbəti müharibə qaçılmaz olacaq"
››› Navalnının bizim haqqımızda dedikləri başına bəla oldu
››› Neft şirkətinin karantin düşərgəsində nə baş verir?- SOCAR-dan açıqlama
››› Fevralın 25-nə olan hava proqnozu
››› Putin tanınmış aktyoru Rusiya vətəndaşlığına qəbul etdi
››› Ermənilər Azərbaycanla sərhədyanı bölgələri tərk edirlər
››› İcra başçısının bacısı oğlu həbs edilib
Son xəbərlər
Bütün xəbərlər »