Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Dövlət İmtahan Mərkəzinin tətbiq etdiyi qayda absurddur”
Dövlət İmtahan Mərkəzi

“Hərarəti olanlar imtahana buraxılmayacaq”.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Sədr qeyd edib ki, DİM hazırkı vəziyyətlə əlaqədar tərtib olunan qaydalara əməl edir: “İmtahanlara gələn şəxslərdən vaksinasiya ilə bağlı pasport tələb olunmayacaq. İmtahanda iştirak edən hər bir bakalavr, abituriyent bəyannamə imzalayır ki, xəstə deyil və xəstə şəxslə kontakta olmayıb. Biz sadəcə təqdim olunan bəyannaməyə baxırıq”, - deyə o əlavə edib.

Məleykə Abbaszadə Məleykə Abbaszadə

Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, bu cür yanaşma absurddur. Onun sözlərinə görə, həmin şəxslər üçün müvafiq güzəştlər edilməlidir

“Artıq ötən ildən bu prinsip təqdim olunub. Hərarəti olan şəxslər imtahana buraxılmır. Keçən il belə şagirdlərin sayı çox olmasa da, 15-20 nəfər olsa belə, çox təəssüflər olsun ki, həmin şəxslər imtahandan kənarda qaldılar. Düşünürəm ki, bu cür yanaşma absurddur. İmtahan verməli olan şəxsi biz belə olan halda bir il geri salırıq və o, bir ilini itirmiş hesab olunur. Düzdür, buraxılış imtahanını vermək üçün onlara sentyabr ayında şərait yaradılır, amma təəssüflər olsun ki, blok imtahanında iştirak edə bilmirsə, bu böyük problem yaradır. Düşünürəm ki, həmin şəxslər üçün müvafiq güzəştlər edilməlidir”.

Elçin Əfəndi vurğulayıb ki, hərarəti olan şəxsi imtahandan kənarlaşdırmaq yox, başqa bir auditoriyada tək olmaq şərti ilə imtahan verməsinə şərait yaradılmalıdır.

Elçin Əfəndi Elçin Əfəndi

“Təklif edirəm ki, imtahan verəcək hər hansısa bir namizədin hərarəti varsa, onun üçün ayrıca bir məntəqə yaradılaraq orada imtahan verilməsi təmin olunmalıdır. Bir nəzarətçi təyin olunsun və sosial izolyasiya, sosial məsafə qorunub saxlanmaq şərti ilə həmin şəxslərə imhatan verməyə imkan yaradılsın. Düşünürəm ki, Dövlət İmtahan Mərkəzi ötən ildən nəticə çıxardıb və bu qərarı verməlidir. Hərarəti varsa, imtahandan kənarlaşdırmaq yox, başqa bir auditoriyada tək olmaq şərti ilə imtahan verməsinə şərait yaradılsın”,- deyə bildirib.

Leyla Mirzə

Paylaş »
››› Bakı Metropoliteni: Sərnişinləri qarşılamağa hazırıq
››› Sülhməramlıdan BBC-yə açıqlama: "Azərbaycan hər mübahisəli ərazi üçün axıra qədər gedəcək"
››› Almaniya və Rusiya arasında kəşfiyyat qalmaqalı
››› Azərbaycanda necə milyonçu olmaq olar: "Arxasında gözəgörünməz əl var"
››› Vladimir Jirinovski: Ermənistanı zorla Rusiyanın tərkibinə daxil etmək lazımdır...
››› Nazir Baş direktoru işdən çıxardı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »