Cənubi Qafqazda atəşkəs əldə olunub. Lakin bununla kifayətlənmək olmaz və atəşkəsin qalıcı olması üçün öz töhfəmizi verməliyik.
Virtualaz.org bildirir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu yanvarın 29-da İstanbulda iranlı həmkarı Məhəmməd Cavad Zəriflə birgə keçirdiyi mətbuat konfransında deyib.
XİN rəhbəri bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təklifi ilə bölgədə 3+3 formatında əməkdaşlıq planlaşdırılır: “Digər liderlərin Azərbaycan Prezidenti İlham Əliyevin təklifini dəstəkləməsi ilə Cənubi Qafqazda 3+3 formatında bir əməkdaşlıq planlaşdırırıq”.
"İranlı həmkarım bu çərçivədə Azərbaycan, Rusiya, Ermənistan və Gürcüstanda səfərdə olub. Qafqazda sülh və sabitlik hər kəsə faydalıdır, bu, bölgə ölkələrinin xeyrinə olacaq. Ən çox isə Ermənistan və erməni xalqı faydalanacaq. Onlardan bu istiqamətdə konstruktiv addımlar atılmasını gözləyirk", - deyə M.Çavuşoğlu vurğulayıb.