Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edib.
İstanbulda Vəhdətdin köşkündə keçirilən görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edib.
Mətbuata qapalı keçirilən görüş davam edir.
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edəcək.
Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı ilə keçirdiyi mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, Türkiyə Prezidenti İran XİN başçısını cümə namazından sonra qəbul edəcək.(apa)