Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə hərbçiləri Qarabağa gəldi: Qondarma rejim üçün son!
Türkiyə Ordusu

“Qarabağda atəşkəsə nəzarət edəcək Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlamas Qarabağda, ümumilikdə regionda sülhün və sabitliyin olması üçün mühüm hadisədir”.

Bu sözləri redaktor.az-a politoloq İlqar Vəlizadə Qarabağda atəşkəsə nəzarət edəcək Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması haqda danışarkən deyib.

İlqar Vəlizadə İlqar Vəlizadə

“Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlamasını yüksək qiymətləndiririk və bu birgə fəaliyyətdən gözləntilərimiz çoxdur.

Çünki noyabrın 10-da imzalanmış birgə bəyanatın bəzi müddəaları dəqiqliklə yerinə yetirilmirdi. Hesab edirəm ki, Mərkəzin fəaliyyətə başlamasından sonra bu məsələlər öz həllini tapacaqdır. Ən başlıcası isə, Ermənistan rəsmilərinin qanunsuz olaraq Xankəndinə gəlməsinin qarşısı alınacaq. Həmçinin, terrorçu erməni hərbi birləşmləri regiondan tamamilə çıxarılacaq, onların qanunsuz fəaliyyətinin qarşısı alıcaqdır.

Əgər bütün bunlara qısa zamanda nail olunsa, rus sülhməramlıları və Türkiyə hərbiçilərinin uzun zaman Qarabağda olmasına ehtiyac da qalmayacaq.

Çünki Azərbaycan öz ərazilərində bütün təhlükəsizlik məsələlərini həll etməyə, sabitliyi saxlmağa qadir bir ölkədir”, - deyə İ.Vəlizadə əlavə edib.

Paylaş »
››› Putinə evlənməyi təklif edən qadın prezidentin buna reaksiyasından danışdı
››› “Yazda əməliyyatların başlaması mümkündür..., Rusiya üçün dağıdıcı olacaq” - Ukrayna hökuməti
››› Dönərxanada zəhərlənmə olub, 17 yaşlı gənc ölüb
››› Politoloq:  “İran açıqca Türkiyəyə dedi ki, Azərbaycandan çəkil”
››› FHN hava şəraiti ilə əlaqədar əhaliyə müracitə edib
››› Avstriyada “AstraZeneca” vaksinindən istifadə dayandırılıb
››› Martın 9-na olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »