Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sərnişindaşımada yol verilən özbaşınalıq, riskə atılan insan həyatları
Bakubus

Bu gün səhər saatlarında Binəqədi şossesində, baş verən qəza zamanı 10TG635 dövlət nömrə nişanlı avtobusla betonqarışdıran maşın toqquşub. Bakı Nəqliyyat Agentliyi məlumat yayıb ki, qəzaya uğrayan “Manella MMC”-nin müvəqqəti istsimarında olan 108 A müntəzəm marşrut xətti üzrə hərəkətdə olan avtobusdur.

“Manella MMC”-nin rəhbəri Qurbanəli İsmayılov Agentliyə çağırılıb. Məsələ bundadır ki, “Manella MMC”-nin rəhbəri dövləti aldadır. 108 saylı marşurutda olan avtobusların hamısı pis vəziyyətdədir, sınıq salxaq, istismar müddəti bitmiş avtomobillərdir.

Onlar marşrut xəttində müvəqqəti deyil, daimi istismar olunur. Ümumiyyətlə, Bakı şəhərinin mərkəzi və çox işlək küçə və prospektlərində səliqəli Bakubasları görsək də şəhərkənarı, gözdən uzaq qəsəbələrə, ətraf rayonların uzaq küçələrinə doğru hərəkət edən marşrut avtobusların mütləq əksəriyyəti bu gündədir. O cümlədən bu gün Mehdiabada sərnişin daşıyan , qəza keçirmiş avtobus.

Sərnişinlər məcburiyyət qarşısında qalıb bu sınıq-salxaq, istismar müddəti ötmüş avtobuslara doluşamlı olurlar. Szün həqiq mənasında. Çünki interval çox böyük olan bu avtobuslar gəlib dayanacağa çatana qədər artıq dayanacaqda bir mitinqlik sərnişin gözləyir. Çünki başqa alternativləri yoxdur.

Mehdiabad sakinləri daima şikayətçidirlər ki, BNA 133 və 165 saylı marşrut avtobuslarının avtoxuliqanlıqlarına çarə tapsın. Eyni şikayəti Nobel prospektindən ta Qaraçuxur qəsəbəsinə qədər uzun bir yol qət edən 57 saylı “ yarış avtobusları” barədə də demək olar.

Qırmızı işıq, qoşa xətt, bütöv xətt demədən, hardan gəldi, necə gəldi, avtomobillər arası sürətli ötmə əməliyyatı edərək avtobusu idarə edir, həm sərnişinlərin, həm də digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə yaradırlar. Sərnişin narazılıq edəndə isə elə kobud və təhqiramiz şəkildə cavab verirlər ki, kimsə ağzını açmağa həya edir. Yəqin sürücülük vəsiqəsinin olub- olmadığı belə naməlum olan, avtobusda stədiyi meyxananı, məsiyəni oxudaraq sərnişinlərin beynini qıcıqlandıran bu sürücülər xətt sahibinə arxayındılar, qovulmayacaqlarını bilirlər ki, bu qədər özbaşınalıqdır.

BNA yol boyu quraşdırılan təhlükəsizlik kameralarını bircə dəfə yoxlasanız sürücülrin yol əhvalatları ilə tanış ola bilər. Dəfələrlə edilən müraciətlərə, şikayətlərə baxmayaraq BNA-nın bir cavabı var. Sərnişin daşıamada yarıtmaz fəaliyyət göstərən daşıyıcı şirkətlər xəttən ayrılacaq və başqaları ilə əvəzlənəcəklər. Amma vəd var, yenilik yox. Maneə nədədir?

Mais Ağayev Mais Ağayev

Bizimyol.info-ya açıqlama verən BNA sözçüsü Mais Ağayev bildirib ki, beş il ərzində sərnişindaşımada çalışan sahibkarlara olduqca liberal mövqedən yanaşılıb, onlar üçün əlverişli şəffaf mühit yaradılıb.

“Yalnız bir tələb olub vətəndaşa göstərilən xidmətin keyfiyyətini artırmaq. Amma hər birimiz şahidik ki, çox az daşıyıcı nəsə az da olsa bu yöndə hərəkət edib. Buna görə də Dövlət başçısı tərəfindən avtobus parkının yenilənməsi işləri aparılırdı. Bizə də məlum idiki daşıyıcılar vətəndaşların rahatlığı üçün ciddi addımlar atmayacaq. Artıq yeni, komfortlu və tam tələblərə cavab verən avtobuslar gətirilir. Buna görə də mərhələylə xətlər dəyişidirləcək. Yaxın günlərdə bunun şahidi olacaqsız”.

Təki siz deyən olsun Mais bəy. Amma lütfən olsun.

Paylaş »
››› Paşinyan yenə Rusiyaya "ilişdi"
››› Ata oğlunu qurban kəsdi: “Allah yolunda belə addım atdım” - Foto
››› Ermənistan yeni terror təşkilatı yaradıb, təlim keçir: “Onların ərazi itkisi ilə nəticələnə bilər”
››› Türkdilli dövlətlərin ordusu yaranır: “Bu, ciddi mesajdır”
››› Qərb Rusiyanı Ermənistanın əli ilə vurur
››› “İsgəndər” raketi Bakı üzərində vurulub - Britaniya mətbuatının məlumatı - Video
››› Bu ay yeni bahalaşma dalğası gözlənilir
Son xəbərlər
2 mart, 2021 [23:52]
İtaliya Parlamenti Azərbaycanın minalanmış ərazilərinin xəritələrinin verilməsini tələb etdi
2 mart, 2021 [23:39]
Britaniyada son gün ərzində 6,4 minədək insan koronavirusa yoluxub
2 mart, 2021 [23:15]
Rəcəb Tayyib Ərdoğan Emmanuel Makronla danışıqlar aparıb
2 mart, 2021 [22:56]
Mehriban Əliyeva Od çərşənbəsi münasibətilə hamını təbrik etdi
2 mart, 2021 [22:45]
Yerevanda müxalifətin çadır düşərgəsində silahlı şəxs saxlanıldı
2 mart, 2021 [22:30]
Türkiyədə gündəlik yoluxma sayı yenidən 11 mini keçdi
2 mart, 2021 [22:11]
Millət vəkili: “Hərbi qulluqçuların maaşlarına əlavələr Ali Baş Komandanımızın Ordumuza qayğısının növbəti təzahürüdür”
2 mart, 2021 [21:35]
Ermənilərin əksəriyyəti Qarabağa qayıtmağı düşünmür
2 mart, 2021 [21:03]
Naxçıvan Rəssamlar Birliyinin 50 illik yubileyi keçiriləcək
2 mart, 2021 [20:30]
Qurban Qurbanov: "Bəzi oyunlarda çətinlik çəkirik"
2 mart, 2021 [20:27]
Lukaşenko Rusiyaya döyüş təyyarələrini Belarusda yerləşdirməyi təklif etdi
2 mart, 2021 [20:19]
Bakının Naxçıvanski küçəsinə təbii qaz verilib
Bütün xəbərlər »