Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DİM sədri: "İldən ilə ali məktəblərə qəbul olan subbakalavrların sayı artacaq"
Məleykə Abbaszadə

“Keçən il plan yerləri ilə bağlı kəskin dəyişiklik oldu, dövlət sifarişli yerlərin sayı da artdı”.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu il plan yerlərinin necə olacağını indidən demək olmur: “Nazirlər Kabineti qərar verəcək, biz sadəcə təkliflərimizi verə bilərik”.

O qeyd edib ki, 2019-cu ildə 41693 nəfər ali məktəblərə qəbul olub, qəbul yerləri 87 faiz dolub. Onlardan təxminən 7 faizi subbakalavr olub. 2020-ci ildə plan yerləri də, dövlət sifarişli yerlərin sayı da artıb: “Ötən il 41748 nəfər ali məktəblərə qəbul olub, plan yerləri 86 faiz dolub. Amma bu plan yerlərinin 10,67 faizini subbakalavrlar təşkil edib. 2019-da 3515 subbakalavr, 2020-ci ildə 5179 subbakalavr ali məktəblərə qəbul olub. İldən-ilə subbakalavrların sayı artacaq”.(apa)

Paylaş »
››› Bayden: "İranın Suriyadakı silahlılarına zərbə mənim göstərişimlə endirildi"
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızının ölüm səbəbi məlum oldu
››› İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
››› Akademiyadan tələbənin intiharı ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »