Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaxın günlərdə sosial kartlar ləğv olunacaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

“Yaxın günlərdə sosial kartlar ləğv olunacaq”.

Bunu bu gün Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli “Rəqəmsal məşğulluğa keçid - 2021-ci il üçün hədəflər” mövzusunda keçirilən konfransda bildirib.

M. Abbasbəyli deyib ki, bunun üçün 30-a qədər normativ hüquqi aktda dəyişiklik edilməsi zərurəti vardı: “Bu dəyişikliklərin hamısı həyata keçirilib. Bizim elektron sistemlərdə də müvafiq uyğunlaşdırmalar da artıq təmin olunub və bu prosesə tam hazırıq. Qanunvericiliklə bağlı son mərhələ də qəbul ediləndən sonra sosial kartları dövriyyədən çıxara biləcəyik”.

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri qeyd edib ki, kartları şəxsiyyət vəsiqəsinin üzərindəki FİN nömrələr sosial kartların nömrələri ilə artıq uyğunlaşdırılıb: “Yəni sosial sığorta nömrəsi yenə qalacaq, amma karta ehtiyac olmayacaq”.

Paylaş »
››› Yeni karantin “müjdəsi” - anlaşılmayan qərarlar
››› Novruz bayramında əfv sərəncamı gözlənilir: kimlər həbsdən çıxa bilər? - Açıqlama
››› Mübariz Mənsimovun bacısı: “Çörəyini yeyib ona pislik edənlər oldu... İndi çox sevinirəm"
››› Yaşı 5-dən çox olan avtomobillərin idxalı dayandırılır: "Təbii ki, qiymətlər artacaq" 
››› Ermənistan ordusunun polkovniki müharibə haqda sensasion məlumatlar açıqladı
››› Azərbaycanda ərzaq məhsullarında bahalaşma qeydə alınıbmı... - Açıqlama
››› Türkiyədə helikopter qəzasında şəhid olan hərbçilərin sayı artıb
Son xəbərlər
Bütün xəbərlər »