Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu il keçiriləcək imtahanların vaxtı açıqlanıb
Məleykə Abbaszadə

Dövlət İmtahan Mərkəzi bu il keçirilməsi nəzərdə tutulan imtahanların vaxtını açıqlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransında məlumat verib.

Sədr bildirib ki, magistratura səviyyəsinə qəbul imtahanı (1-ci şans) fevralın 28-də keçiriləcək.

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları, əvvəlki illərin məzunlarının ali məktəblərə qəbul imtahanı (1-ci mərhələ), dövlət qulluğuna qəbul imtahanının test mərhələsi aprel ayı ərzində keçiriləcək.

Ali təhsil müəssisələrinə qəbul imtahanı (1-ci şans), tədrisi Azərbaycan dilindən fərqli dildə aparılan ümumtəhsil məktəblərinin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı (1-ci şans), dövlət qulluğuna qəbul imtahanının test mərhələsi, rezidenturaya qəbul imtahanı (1-ci şans) may ayı ərzində keçiriləcək.

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı, əvvəlki illərin məzunların üçün ümumi (9) illik təhsil səviyyəsindən kolleclərə qəbul imtahanı, magistratura səviyyəsinə qəbul imtahanı (2-ci şans), tədrisi Azərbaycan dilindən fərqli dildə aparılan ümumtəhsil məktəblərinin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı (2-ci şans), dövlət qulluğuna qəbul imtahanının test mərhələsi iyun ayın ərzində olacaq.

Ali məktəblərə qəbul imtahanı (2-ci şans) iyul ayı ərzində olacaq.

Rezidenturaya qəbul imtahanı (1-ci mərhələ 2-ci şans) avqust ayı ərzində olacaq.

Sentyabr ayı ərzində buraxılış imtahanı (payız təkrar), dövlət qulluğuna qəbul imtahanının test mərhələsi, rezidenturaya qəbul imtahanı (2-ci mərhələ) keçiriləcək.

Paylaş »
››› Yeni karantin “müjdəsi” - anlaşılmayan qərarlar
››› Novruz bayramında əfv sərəncamı gözlənilir: kimlər həbsdən çıxa bilər? - Açıqlama
››› Mübariz Mənsimovun bacısı: “Çörəyini yeyib ona pislik edənlər oldu... İndi çox sevinirəm"
››› Yaşı 5-dən çox olan avtomobillərin idxalı dayandırılır: "Təbii ki, qiymətlər artacaq" 
››› Ermənistan ordusunun polkovniki müharibə haqda sensasion məlumatlar açıqladı
››› Azərbaycanda ərzaq məhsullarında bahalaşma qeydə alınıbmı... - Açıqlama
››› Mübariz Mənsimov: "Mən sadəcə, dövlətə, şəhid ailələrinə, tələbələrə yardım etmişəm"
Son xəbərlər
Bütün xəbərlər »