Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydası müəyyənləşib
Nazirlər  Kabineti

Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydası məlum olub.

Baş nazir Əli Əsədovun imzaladığı “Əlilliyi olan şəxslərin reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi barədə qərara əsasən, qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna əsasən hazırlanıb və əlilliyi olan şəxslərin reyestrinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi ilə əlaqədar hüquqi və təşkilati məsələləri tənzimləyir.

Reyestrdə əlilliyi olan şəxslər barədə fərdi məlumatların toplanılması, işlənilməsi, yayılması və verilməsi zamanı həmin fərdi məlumatların və müvafiq informasiya sistemlərinin mühafizəsi “Fərdi məlumatlar haqqında” Qanunu ilə və ona uyğun olaraq qəbul edilmiş normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydada həyata keçirilir.

Reyestrdə məlumatların toplanılması, işlənilməsi, sorğuların verilməsi və icrası, habelə informasiya sisteminin idarə olunması və mühafizəsi ilə bağlı əməliyyat tarixçələrinin elektron nəzarət-audit jurnallarında toplanılması (hesabatlılığı) təmin edilir.

Reyestrin fəaliyyətinin və məlumat mübadiləsinin təkmilləşdirilməsi məqsədilə profilaktik tədbirlər görülür.

İstifadəçi fiziki şəxslər özləri haqqında e-sosial internet portalında yaradılmış elektron kabinetləri vasitəsilə istifadəçi dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi şəxslər isə Qaydaların 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada Reyestrdən məlumat əldə edirlər.

İstifadəçilər Reyestrin fəaliyyəti ilə bağlı operatora təkliflər verə bilərlər.(apa)

Paylaş »
››› Bakı Metropoliteni: Sərnişinləri qarşılamağa hazırıq
››› Sülhməramlıdan BBC-yə açıqlama: "Azərbaycan hər mübahisəli ərazi üçün axıra qədər gedəcək"
››› Almaniya və Rusiya arasında kəşfiyyat qalmaqalı
››› Azərbaycanda necə milyonçu olmaq olar: "Arxasında gözəgörünməz əl var"
››› Vladimir Jirinovski: Ermənistanı zorla Rusiyanın tərkibinə daxil etmək lazımdır...
››› Təcavüzdə ittiham olunan məşhur aktyor: “Mən neyləyə bilərəm ki?”
››› Nazir Baş direktoru işdən çıxardı
Son xəbərlər
Bütün xəbərlər »