Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gömrük Akademiyası ixtisasartırma təlimlərini onlayn davam etdirir
DGK

Dövlət Gömrük Komitəsi sisteminə daxil olan gömrük orqanlarının vəzifəli şəxslərinin peşə və ixtisas biliklərini artırmaq, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsini təmin etmək məqsədilə gömrük orqanlarının vəzifəli şəxsləri üçün xidmətə ilkin hazırlıq təlimlərinin davam etdirilməsi haqqında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev müvafiq sərəncam imzalayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi Akademiyasının ictimaiyyətlə əlaqələr şöbəsi məlumat verib.

Bildirilir ki, DGK sədrinin "Gömrük orqanlarının vəzifəli şəxsləri üçün ixtisasartırma təlimlərinin keçirilməsi haqqında" müvafiq sərəncamına əsasən təlimlər 25 yanvar - 16 fevral 2021-ci il tarixlərində xüsusi karantin rejimi nəzərə alınaraq onlayn formada davam etdirilir. Bununla yanaşı, gömrük orqanlarının qarşısında qoyulmuş vəzifələrin icrası çərçivəsində gömrük orqanlarının əməkdaşlarına yeni biliklərin verilməsi, bacarıqların və səriştələrin aşılanmasını təmin etmək məqsədilə Komitə sədrinin sərəncamı ilə Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin strukturuna daxil olan şöbələrin əməkdaşları üçün 26-28 yanvar 2021-ci il tarixlərində "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları" üzrə onlayn formada ixtisasartırma təlimləri keçirilib.

Dövlət Gömrük Komitəsinin Akademiyası tərəfindən təşkil olunan təlimlər müvafiq tədris proqramına uyğun olaraq təlim cədvəli əsasında aparılır. Gömrük rəsmiləşdirilməsi, gömrük qanunvericiliyi, Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS) ilə iş, ticarətin asanlaşdırılması, gömrük orqanlarının hüquq-mühafizə fəaliyyəti və gömrük işinin digər fəaliyyət istiqamətlərini əhatə edən mövzular tədris olunur.

Təlimlərin onlayn təşkil olunması ilə əlaqədar olaraq mövcud təlim proqramlarının məzmununa müvafiq dəyişikliklər edilib.

Paylaş »
››› İcra başçısının azad olunmuş ərazilərdən yayılan videosu qalmaqal yaratdı – Video
››› "Yarım addım qalıb... Biz istəyəndə sülhməramlılar çıxıb gedəcək"
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› Qalmaqallı generalın həbsdəki qardaşı haqqında yenə cinayət işi başlandı
››› Ermənistanda prezidentə qarşı impiçment: “Qan da tökülə bilər”
››› İran 32 dövlətin vətəndaşına ölkəyə giriş qadağası qoydu
››› Bakıda iki fəhlə köhnə şkafdan 25 paçka dollar tapıblar: "Elə bildik ermənidən qalıb ..."
Son xəbərlər
Bütün xəbərlər »