Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qazi: Yaralı olsam da, məni xidmətə yararlı yazıblar
Hüseyn Salahov

“Bakıda hospitalda mənə dedilər sağlamsan, daha sağalmısan, ağrılarım var desəm də fikir vermədilər. Dedilər ki, ayağın düzələcək, ciddi heç nəyin yoxdur, sağlamsan, “sağlam” rəyi verdilər. Lakin hələ də ağrılarım var, düz-əməlli yeriyə bilmirər. Təssüf ki, nəzərə almadılar. Əsa ilə yeriyirəm. Müharibədən öncə inşaatda işləmişəm, hazırda da adım orada-işdə gedir….Amma mən bu ayaqla, bu ağrılarla işləyə bilmərəm…Necə işləyim, axı?! Yaxşı olardı ki, məni vəziyyətim, səhhətim nəzərə alınaydı, mənə düzgün diaqnoz qoyulaydı, müalicəmə tam köməklik göstəriləydi”-

Bu fikirləri Bizimyol.info-ya verdiyi açıqlamada əslən Gəncə şəhərindən olan, 1994-cü il təvəllüdlü qazimiz, Salahov Hüseyn Saleh oğlu bildirib.

Hüseyin Füzuli, Şuşa, Xankəndi istiqamətlərində çox ağır döyüşlərdə iştirak edib, vuruşub, qəhrəmanlıqlar göstərib. Noyabr ayının 8-də, Xankəndi istiqamətində döyüşlərdə-sol ayağından,baldırından ağır yaralanıb. Noyabrın 9-da isə əvvəl Füzuliyə, sonra Biləsuvara gətirilib və vəziyyətinin ağır olduğu nəzərə alınaraq, Bakıya göndərilib, hospitala yerləşdirilib.

Hüseyin Salahov bildirb ki, o, müharibəyə gedən gündən, eləcə də, yaralanandan bu yana ötən 4 ay müddət ərzində onunla, ailəsi ilə heç kimin maraqlanmayıb, Gəncə Şəhər İcra Hakimiyyətindən və digər dövlət qurumlarından dəstək almayıb.

Qeyd edək ki, Qazimiz Ali Baş Komandan tərəfindən “Şuşanın azad olunmasına görə” və “Döyüşlərdə fərqlənməyə görə” medalları ilə təltif olunub.

Hüseyn Salahov

Hüseyinlə eyni dərddə olan, daha doğrusu eyni bürokratik əngəlləri yaşayan yüzlərlə qazimiz var. Çoxusu deyir, yaralı olsaq da hərbi biletimizə sağlam yazıldı. Qazilərimizin bir çoxu Mərkəzi Hərbi Hospialda yaralılara qarşı belə münasibət olduğunu deyir. İddia edirlər ki, yaralı, travmalı hərbçilərin şikayətlərindən belə məlum olur ki, Mərkəzi Hərbi Hospitalın bəzi vəzifəliləri yeriyə, danışa bilməyən, ağır psixoloji sarsıntı keçirmiş hərbçiləri xidmətə yararlı yazıb yenidən hərbi xidmətə göndərirlər.

Məsələ ilə Mərkəzi Hərbi Hospitaldan açıqlama ala bilmədik. Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Bəs qanunla necə olmalıdır? Bu barədə məlumat verək.

İlkin hərbi qeydiyyata götürülərkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsini cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq və zərurət olduqda digər ixtisaslardan olan həkim-mütəxəssislər keçirirlər.

Dövlət tibb müəssisələrinin rəhbərləri ilə razılaşdırılmış, həkim-mütəxəssislərin və orta tibb işçilərinin şəxsi tərkibi hərbi komissarın təqdimatı ilə müvafiq icra hakimiyyəti orqanının başçısı tərəfindən təsdiq olunur.

İlkin hərbi qeydiyyata götürülərkən və hərbi xidmətə çağırılarkən vətəndaşın şəhadətləndirilməsi nəticəsində onun hərbi xidmətə yararlılığı haqqında rayon, şəhər çağırış komissiyası aşağıdakı kateqoriyalar üzrə qərar verir:

«A» —hərbi xidmətə yararlıdır;

«B» — sıradankənar hərbi xidmətə yararlıdır;

«C» — dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır;

«Ç» —hərbi xidmətə müvəqqəti yararsızdır;

«D» — hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsızdır.

“Hərbi-həkim ekspertizası haqqında” Əsasnamə müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir.

Normativ hüquqi aktlar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilir.

Normativ hüquqi aktların vahid internet elektron bazasına (www.e-qanun.az) və Hüquqi Aktların Dövlət Reyestrinə (www.huquqiaktlar.gov.az) daxil olmaqla “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin elektron variantını əldə edə bilərsiniz.

Bəzi hallarda Səhiyyə Nazirliyi ilə razılaşdırılmaqla, hərbi xidmətə könüllü daxil olmuş və çağırış üzrə hərbi xidmət keçən şəxslərin (hərbi qulluqçular) və orqanlarda xidmət edən şəxslərin, tibbi müayinəsinin və müalicəsinin aparıldığı dövlət tibb müəssisələrində də Hərbi Həkim Komissiyaları yaradıla bilər.

Ümid edirik, əlaqədar qurumlar problemin həssaslığını göz önünə gətirərək və bu kimi şikayətləri nəzərə alaraq müəyyən komissiyalar təşkil edərlər.

İlhamə

Paylaş »
››› "Paşinyan gücünü göstərdi və hakimiyyətdə qaldı"
››› İlham Əliyev iranlı jurnalistə irad bildirdi
››› Putinin “üçüncü qızı” danışdı: “Ona görə çox təhqir edirlər”
››› Hərbiçilərin maaşları ilə bağlı açıqlama nəyi nəzərdə tutur...
››› Ermənistan niyə silahlanır … - “Daim ayıq-sayıq olmalıyıq”
››› "Ermənistanda ideal fırtına şəraiti yaranıb"
››› Portuqaliya kinoşirkəti Xocalı faciəsini ekranlaşdırıb - Video
Son xəbərlər
Bütün xəbərlər »