Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həbsdə olan baş həkimin şikayəti təmin edilməyib
Məhkəmə

Bakı Apelyasiya Məhkəməsində rüşvət almaqda ittiham edilən Masallı rayon Xəstəxanasının baş həkimi Cəlil Nəzərov barəsində seçilmiş həbs qətimkan tədbirindən verilmiş apelyasiya şikayətinə baxılıb.

Bizimyol.info xəbər verir ki, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, C.Novruzovun şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, C.Nəzərov yanvarıın 22-də Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham verilib.

Binəqədi rayon Məhkəməsinin qərarı ilə C.Nəzərov barəsində həbs qətimkan tədbiri seçilib.

Paylaş »
››› "Paşinyan gücünü göstərdi və hakimiyyətdə qaldı"
››› İlham Əliyev iranlı jurnalistə irad bildirdi
››› Hərbiçilərin maaşları ilə bağlı açıqlama nəyi nəzərdə tutur...
››› Ermənistan niyə silahlanır … - “Daim ayıq-sayıq olmalıyıq”
››› "Ermənistanda ideal fırtına şəraiti yaranıb"
››› Paşinyanın “İskəndər”lə bağlı açıqlamasına Rusiyadan reaksiya
››› Ermənistanın Prezident Aparatı: Armen Sarkisyana təzyiqlər olunur
Son xəbərlər
Bütün xəbərlər »