"Badamdar qəsəbəsində torpaq sürüşməsi əvəəl baş verdiyi ərazidə aktivləşib. Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov və rayon Polis İdarəsinin rəisi, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və digər aidiyyəti qurumların nümayəndələri dərhal hadisə yerinə gəliblər".
Bizimyol.info xəbər verir ki, bunu Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Şıxəmmədov bildirib.
Onun sözlərinə görə, ilkin müşahidə zamanı məlum olub ki, bir ictimai iaşə obyekti, iki fərdi yaşayış evi zərər görüb. Həmin evlərdə yaşayan sakinlər dərhal təxliyə edilib:
“Eyni zamanda sürüşmə zamanı torpaq altında bir minik avtomobili qalıb. Xoşbəxtlikdən heç bir tələfat yoxdur”.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi "112” qaynar telefon xəttinə 28 yanvar 2021-ci il tarixində saat 21:05-də Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə adlanan ərazidə avtomobil yolunda torpaq sürüşməsinin baş verməsi barədə məlumat daxil olması barədə məlumat vermişdi.