Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tvitterdə nasazlıq yaranıb
Tvitterdə nasazlıq yaranıb

Bir sıra ölkələrdə tvitter sosial şəbəkəsinin işində nasazlıq müşahidə olunur.

“Report” xəbər verir ki, bu barədə məşhur internet resurslarını izləyən “Downdetector” xidməti məlumat yayıb.

Nasazlıqlardan ən çox ABŞ, Böyük Britaniya və Yaponiya istifadəçiləri şikayət edirlər. Xidmətin məlumatına görə, ABŞ-da istifadəçilərin çox hissəsi (66 %) saytın işində nasazlıqlardan şikayətlənir.

Təxminən 19 % istifadəçi “iPhone” və “iPad” mobil cihazları üçün proqramda problemlərlə üzləşiblər.

Sosial şəbəkə istifadəçilərinin 13 %-i Android əməliyyat sistemi üçün tətbiqdə çətinliklərlə qarşılaşıblar.

Son xəbərlər
Bütün xəbərlər »