Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Günün ulduz falı: 29 yanvar, 2021
Günün ulduz falı: 29 yanvar, 2021

Bizimyol.info qoroskop həvəskarlarına 29 yanvar, 2021-ci il tarixi üçün ulduz falını təqdim edir:

Ünsiyyət üçün uğurlu gün gözlənilir. Son vaxtlar çoxlu fikir ayrılıqlarına səbəb olan məsələləri həll etmək mümkün olacaq. Bir çox mübahisələr həllini tapacaq. Əvvəllər tənbəllik edən insanlar indi irəliləməyə hazır olacaqlar.

Qoç bürcü Qoç bürcü

Qoç - İnsanlarla yaxşı münasibət quracaqsınız. Əlaqələrdən məharətlə istifadə edəcəksiniz. Bu gün yeni müttəfiqlər tapa, fikir və planlarınızla diqqət çəkə biləcəksiniz. Uzunmüddətli və maraqlı əməkdaşlıq vəd edən təkliflər istisna deyil. Bəzi görüşlər romantik məcraya yönələ bilər.

Planlaşdırdığınız işləri təxirə salmamağa çalışın. Tənbəl deyilsinizsə və vaxtı düzgün planlamağı bacarırsınızsa, çox şey edə bilərsiniz. Günortadan sonra başqaları tez-tez diqqətinizi yayındıracağından işinizə daha çox diqqət ayırmaq lazım gələcək.

Buğa bürcü Buğa bürcü

Buğa - Səhər heç kimdən inciməməyə çalışın. Bəli, çətin olacaq, çünki ətrafdakılar xoşagəlməz sözlər danışacaq, çox vaxt sizi səhv başa düşəcəklər, sizi ələ sala və təhrik edə bilərlər. Ancaq soyuqqanlı olsanız, bütün cəhdləri boşa çıxacaq. Yeni tanışlarınız sizi yaxınlarınızdan daha yaxşı başa düşəcəklər.

Günorta saatları yaxşı keçəcək. İş üçün çox uyğun vaxtdır. Başqalarının görə bilmədiyi işləri də görə biləcəksiniz. Daha əvvəl əldə edilmiş bilik və təcrübələriniz dadınıza yetəcək.

Əkizlər bürcü Əkizlər bürcü

Əkizlər - Günün başlanğıcı yaxşıdır. Sürətlə hərəkət etsəniz, bir sıra əvvəlki problemləri həll edə bilərsiniz. Gözlənilməz insanlar sizə kömək edəcəklər. Ortaq planlar qura, ortaq layihələri müzakirə edə bilərsiniz.

Günortadan sonra daha rahat olacaqsınız. Yarımçıq işləri tamamlamaq üçün uyğun vaxtdır. Pul qazancları ola bilər. Bəzi Əkizlər gözlənilməz hədiyyələr alacaqlar.

Xərçəng bürcü Xərçəng bürcü

Xərçəng - Sakit və xoş gün olacaq. Cansıxıcı və yorucu gün deyil. Bəzi vacib məsələləri həll etmək imkanınız olacaq. Bundan sonra gələcək planlarınızla bağlı daxili bir əminlik yaranacaq, məqsədə çatmaq üçün ən doğru yolları tapacaqsınız.

Bəzi Xərçənglərin köhnə əlaqələrini bərpa etmək, küsülü olduqları adamlarla barışmaq fürsəti yaxalayacaqlar. Axşam sizi romantik anlar qarşılaya bilər.

Şir bürcü Şir bürcü

Şir - Ümumən yaxşı gündür. Bürcün bir çox nümayəndələrini xoş tanışlıqlar gözləyir. Sizi ilk dəfə görən insanlarda xoş təəssürat yaradacaqsınız. Bu, bəzi işgüzar məsələlərdə də kömək edəcək.

Günün ortaları maraqlı keçəcək. Bu saatlarda maraqlı işlər ortaya çıxacaq və məmnun qalacaqsınız. Axşam xoş xəbərlərlə sevinəcəksiniz.

Qız bürcü Qız bürcü

Qız - Günün ilk yarısından yaxşı istifadə etməyə çalışın. Vacib işlər görməyə dəyər. Daha sonra uzun və xırdaçı söhbətlər, mübahisələr yer alacaq. Bəzən sadə bir anlaşılmazlıq əvvəllər yaxşı olan münasibətləri həmişəlik poza bilər.

Bəzi maliyyə problemləri yarana bilər. Müvəqqətidir, amma yenə də sizi özünüzdən çıxaracaq.

Sizi sevindirəcək hal isə ən yaxın insanların dəstəyi olacaq. Hər an sizə kömək etməyə hazır olduqlarını görəcəksiniz.

Tərəzi bürcü Tərəzi bürcü

Tərəzi - Ehtiyatlı olmağın vacib olduğu bir gündür. Bu gün nazik buz üzərində gəzəcəksiniz; yanlış bir addım çoxlu problmlərə gətirib çıxara bilər. Əsasən də diqqət mərkəzində olan, çoxları üçün vacib olan işləri görən Tərəzilər daha da ehtiyatlı olmalıdırlar.

Nüfuzunuzu qoruyun, şübhəli təmaslardan qaçmağa çalışın. Başqalarının dəstəyinə çox da güvənməyin.

Əqrəb bürcü Əqrəb bürcü

Əqrəb - Məhsuldar, lakin çətin bir gündür. İşləriniz çox olacaq. Yaxşı nəticələr üçün çox işləmək lazımdır. Böyük qələbələr qazanmaq asan deyil. Bütün planlarınızı həyata keçirmək üçün vaxt çatışmazlığı hiss edəcəksiniz, buna görə də ən vaciblərindən başlamaq lazımdır.

Hər hansı vacib qərarı özünüz verməyə çalışın. Tövsiyələr adətən, faydasız, bəzən hətta təhlükəli ola bilər.

Oxatan bürcü Oxatan bürcü

Oxatan - İş üçün uğurlu gündür. Çətin məsələlərin öhdəsindən yaxşı gələcəksiniz, başqalarının gücü çatmayan problemləri rahatlıqla yoluna qoyacaqsınız.

Günün ikinci yarısı pul gəlirləriniz ola bilər. Maliyyə məsələlərinin həlli üçün əlverişli saatlardır.

Şəxsi münasibətlər ahəngdar şəkildə inkişaf edəcək. Yaxınlarınızla asanlıqla yola gedəcəksiniz. Romantik görüşlər yaxşı keçəcək.

Oğlaq bürcü Oğlaq bürcü

Oğlaq - Çox məhsuldar gün gözlənilir. Çevik və qətiyyətlə hərəkət edəcəksiniz, qarşıya çıxan maneələri aşaraq hədəfə doğru gedəcəksiniz. Asan yollar axtarmayacaqsınız, başqalarının etdiklərini yaxından izləməyə və başqalarının səhvlərindən öyrənməyə çalışacaqsınız.

Çox güman ki, səmərəli işgüzar danışıqlar baş tutacaq. Uzunmüddətli əməkdaşlığı sakit bir şəkildə müzakirə etmək imkanınız olacaq. Bürcün bəzi nümayəndələri əhəmiyyətli pul qazancı əldə edə bilərlər. Onsuz da tezliklə vacib bir şey üçün pul lazım olacaq.

Dolça bürcü Dolça bürcü

Dolça - Gün bəzən çətinliklər gətirsə də, rahatlığınızı itirməyəcəksiniz, ruhdan düşməyəcəksiniz və planlarınızdan vaz keçməyəcəksiniz. Bəzi hallarda əzmkarlıqla əla nəticələr əldə edə bilərsiniz, ancaq geri çəkilməyin daha yaxşı olduğu vaxtlar da var. İntuisiyanızı dinləyin, ən yaxşı qərarları sizə deyəcək.

Günortadan sonra son vaxtlar darıxdığınız insanlarla görüşmək imkanı yaranacaq. Ünsiyyət xoş olacaq, amma bütün işləriniz barədə danışmayın: Həddən artıq səmimiyyət problemə çevrilə bilər.

Balıq bürcü Balıq bürcü

Balıq - Özünüzü idarə edin, xırda şeylərdən əsəbiləşməyin və gün yaxşı nəticələnəcək. Öhdəsindən gələ bilmədiyiniz duyğular səhvlərə, peşmançılıq gətirə biləcək hərəkətlərə səbəb ola bilər. Bəzi Balıqlar uzun söhbətlərə meylli olduqları üçün qiymətli vaxtlarını itirəcəklər.

Günortadan sonra bir az köhnə işlərə qayıtmalı olacaqsınız. Onları demək olar ki, tamamlanmış hesab etsəniz də, istənilən nəticənin hələ çox uzaq olduğunu etiraf etməlisiniz.

Son xəbərlər
Bütün xəbərlər »