Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Moskvadakı mitinqdə gündəm olan Cumayev saxlanıldı
Səid Məhəmməd Cumayev

Yanvarın 23-də Moskvada baş vermiş mitinqdə Rusiyanın xüsusi təyinatlı çevik qüvvət zabitləri ilə əlbəyaxa döyüşən Çeçenistan vətəndaşı Səid Məhəmməd Cumayev Pskov vilayətində saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb. O, Presnenski rayon məhkəməsinə aparılıb. Yaxın vaxtlarda toplanılan materiallar əsasında Cumayevin həbsi ilə bağlı qərar verilməsi gözlənilir.

Qeyd edək ki, hadisədən sonra gizlənən Cumayevin axtarışları 5 gündür davam edirdi. O, aksiya zamanı polis zabitlərinə qarşı yumruq və təpik zərbələri ilə diqqət çəkmişdi.

Cumayev Rusiyanın İstintaq Komitəsi tərəfindən Moskvadakı icazəsiz mitinqdə qanunsuz hərəkətlər faktı ilə başladılan cinayət işləri çərçivəsində tutulan beşinci şəxsdir.

Paylaş »
››› Politoloq:  “İran açıqca Türkiyəyə dedi ki, Azərbaycandan çəkil”
››› Prezidentin "məcbur edəcəyik" deməsi Ermənistanı çaşdırıb - Açıqlama
››› “Yazda əməliyyatların başlaması mümkündür..., Rusiya üçün dağıdıcı olacaq” - Ukrayna hökuməti
››› Martın 9-na olan hava proqnozu
››› Sumqayıtda faciə ilə nəticələnən məclis: 16 yaşlı gənc ölüb
››› Feministlər Bakının mərkəzində aksiya keçirməyə cəhd etdi – Video
››› Kişinin kişi olduğu yerdə qadın üçün hər gün bayramdır
Son xəbərlər
Bütün xəbərlər »