Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Salome Zurabişvili İran XİN başçısı ilə bölgənin iqtisadi potensialını müzakirə edib
Salome Zurabişvili İran XİN başçısı ilə bölgənin iqtisadi potensialını müzakirə edib

Gürcüstan prezidenti Salome Zurabişvili İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edib.

“Report” xəbər verir ki, görüşdə M.C.Zərif İranın Gürcüstanın ərazi bütövlüyünə güclü dəstəyini ifadə edib.

S.Zurabişvili iranlı nazirə Gürcüstanın işğal altında olan ərazilərindəki mövcud ağır vəziyyət barədə məlumat təqdim edib. Prezident söhbət zamanı bölgə və Gürcüstanda sabitliyin önəmini vurğulayıb.

Danışıq zamanı ikitərəfli münasibtlərin inkişafını ləngidən pandemiyaya da toxunulub.

Görüşdə bölgənin iqtisadi potensialı və Gürcüstan iqtisadiyyatının inkişafına töhfə verəcək yeni əhəmiyyətli imkanlardan da söz açılıb.

Son xəbərlər
Bütün xəbərlər »