Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Son 1 həftədə 5 intihar - “Bu, insanlara, cəmiyyətə qarşı bir üsyandır
Intihar

Azərbaycanda son 1 həftədə 5 nəfər özünü binadan ataraq intihar edib. Həmin şəxslərin yaşı, cinsi, problemləri fəqli olsa da onları birləşdirən eyni formada intihar etmələri oldu. İntiharların səbəbləri dövlət orqanları tərəfindən araşdırılır.

Özü qəsd etməyin müxtəlif yolları var. Lakin bu insanlar məhz hər kəsin gözü önündə və ən dəhşətlisini seçərək, sanki cəmiyyətə mesaj ötürməyə çalışırlar.

Məsələ ilə bağlı Bizimyol.infoya açıqlaması zamanı psixoloq Fuad Əsədov bildirib ki, haqsızlığa uğradığını, insanların ona kifayət qədər diqqət, qayğı göstərmədiyini düşünən insanlar daha çox özlərini teatral şəkildə öldürürlər. Onun sözlərinə görə, insanların gözü qarşısında bunu etmələri, onları incidən insanlara, cəmiyyətə qarşı bir üsyandır. Göstərməyə çalışırlar ki, baxın siz mənə nələr etdiniz.

“İntihar səbəbləri və intihar yollarını seçmək subyektiv amillərdən asılıdır. Sadəcə intihar edən insanların böyük əksəriyyətində depressiya müşahidə olunur deyə istərdim məsələyə bu tərəfdən yanaşım. İnsan depressiyada olan zaman düşünür ki, onun həyatı çox pisdir. Ola bilsin ki, həqiqətən onun həyatında hansısa problemlər var, amma olduğundan daha artıq qiymətləndirir, daha çox faciələşdirir və o, fikirləşir ki, onun bu vəziyyəti heç vaxt düzəlməyəcək, başqa yolu yoxdur və.s Hətta insan depressiyada olduqda, keçmişə baxdıqda da ancaq pis xatirələrini xatırlayır və gələcəyə də eyni şəkildə ümidsiz gözlərlə baxır. Nəticədə belə bir qərara gəlir ki, “daha mən nə üçün yaşayıram” və intihara əl atır. Hansı yolla intihar etməsi isə onu intihara sövq edən səbəblərdən asılıdır. Məsələn, haqsızlığa uğradığını, insanların ona kifayət qədər diqqət, qayğı göstərmədiyini düşünən insanlar daha çox özlərini teatral şəkildə öldürürlər. Hərkəsin gözü qarşısında özlərini binadan atmaq, şəhirin ortasında özlərini yandırmaq və s. İnsanların gözü qarşısında bunu etmələri, onları incidən insanlara, cəmiyyətə qarşı bir üsyandır. Göstərməyə çalışırlar ki, baxın siz mənə nələr etdiniz. Bunun qəsdən yox, beyinlərindəki motivasiya bu olduğu üçün edirlər”.

Psixoloq onu da vurğulayıb ki,bBirdə təhlikdə, heç kimə hiss etdirmədən intihar edənlər var. Bu depressiyanın ən ağır mərhələsində olur.

“İnsan plan qurur, necə intihar edəcəyi barədə ölür-biçir və hər şeyi əvvəlcədən hazır edir. Eyni şəkildə burada da çarəsizlik müşahidə olunur. Amma buradakı çarəsizlik o dərəcədədir ki, artıq insanlara nəyisə çatdırmaq da istəmir. Heç bir marağı yoxdur. Sadəcə məqsədi həyatına son verməkdir.

Əvvəllər intihara cəhd edib, lakin alınmayan insanlara psixaterapiya və dərman müalicəsi şərtdir. Həmin insanların ətrafları daha diqqətli və həssas olmalıdırlar. Lazım hiss etdikdə onları xəstəxanaya yerləşdirməyə razı salmalıdırlar. Belə insanlar nəzarət altında qalmalıdırlar ki, özlərinə qəsd edə bilməsinlər”,-deyə bildirib.

Leyla Mirzə

Paylaş »
››› Hacıbala Abutalıbov Bakıdan köçüb
››› Martın 7-nə olan hava proqnozu
››› Avropaya açılan Naxçıvan dəhlizindən hansı ölkələr yararlanacaq...
››› Həkim yanlışlığı tanınmış vəkilin ayağının kəsilməsinə səbəb olub
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Polis Sarkisyanın iqamətgahını mühasirəyə aldı
››› Aram Qabrelyanov: "Ermənistanda hakimiyyətə yeni Njde gələcək"
Son xəbərlər
Bütün xəbərlər »