Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda intihar kabusu: “Ölsəydim canım qurtarardı” deyimi aktuallaşıb” - Psixoloq
Azərbaycanda intihar kabusu: “Ölsəydim canım qurtarardı” deyimi aktuallaşıb” - Psixoloq

Son günlər öz həyatına sui-qəsd edənlər sanki ard-arda düzülüb. Xüsusilə çoxmərtəbəli binalardan özlərini atanların sayı artıb. Ən dəhşətlisi isə intihar edənlərin əksəriyyətinin gənc yaşda olmalarıdır.

İctimailəşdirilən intihar hadisələrinin xronologiyasın baxaq:

-Yanvarın 6-da İkinci Qarabağ müharibəsinin iştirakçısı qazi Vüsal Musayev müalicə aldığı hərbi hospitalda özünü asıb.

-Yanvarın 8-də hərbi vəzifəli əsgər Yunis Mənsurovun intihar edib.

-Yanvarın 11-də Sumqayıtda 71 yaşlı Mehdiyev Tofiq Cəmil oğlu yaşadığı mənzildə özünü asıb.

-Yanvarın 13-də 1956-cı il təvəllüdlü Abıyev Asim Mərif oğlu yaşadığı evin həyətində yerləşən tövlədə özünü asıb.

-Yanvarın 24-də 1991-ci il təvəllüdlü Qurbanova Sevda Şikar qızı özünü yaşadığı binanın 18-ci mərtəbəsindən atıb. Qadın hadisə yerində həyatını itirib.

-2007-ci il təvvəllüdlü Əliyeva Günay Ramil qızı yanvarın 25-də Xəzər rayonu Binə qəzəbəsi “Hövsan Südçülük sovxozu” adlanan ərazidə yerləşən evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihar edib.

-Yanvarın 26-da Bakı sakini, 1983-cü il təvəllüdlü Məmmədzadə Səbinə Adil qızı yaşadığı çoxrmərtəbəli binanın 6-cı mərtəbəsindən özünü ataraq intihar edib.

-Həmin gündə Xətai rayonunda 1994-cü il təvəllüdlü Mahmudov Yaşar Mehman oğlu intihar edib.

Onu da qeyd edək ki, bu ilin yanvar ayında hələ bir neçə yeniyetmənin, gəncin və hərbçinin intihara cəhdlərinin qarşısı alınıb.

Xatırladaq ki daha əvvəl müxtəlif ölkələrdə psixoloqlar koronavirus pandemiyası fonunda dünyada xüsusilə stress, iqtisadi qarışıqlıq və ailə problemləri səbəbi ilə intihar nisbətinin arta biləcəyi xəbərdarlığını ediblər.

“Cəmiyyətdə dinləmək, eləcə də, fikrini izah etmək problemi var. Bu problemdən dolayı cəmiyyətdə mənəvi aclıq var. Özümüzü qarşımızdakı insanın yerində hiss etmə bacarığının aşağı düşməsi insanları cəmiyyətdən uzaqlaşdırır. Özünü fərd kimi təsdiq etməyən insanlarda daxili və xarici aqressiyalar artır. Bunun nəticəsində qətl hadisələri və intiharlar artır”.

Bunu son günlər intihar hallarının artmasına təsir edən amilləri dəyərləndirən İntellekt Akademiyasının rəhbəri, psixoloq Fərqanə Mehmanqızı bizimyol.info-a açıqlamasında bildirib.

Psixoloq təəssüflə qeyd edib ki, “Ölsəydim canım qurtarardı” deyimi aktuallaşıb: “Özünü təsdiq edə bilməyən insanlardan “ölsəydim, canım qurtarardı” deyimini çox eşidirik. Bu fikri uşaqlıqdan eşidən insanlar intihara cəhd etməsi hallar müşahidə edilir”.

Son xəbərlər
Bütün xəbərlər »