Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“İki-üç aydan sonra Azərbaycanda koronavirus yoxa çıxa bilər“ - Tanınmış həkim
koronavirus

"Vaksinasiyanı COVİD-dən xilas hesab edə bilərik".

Bunu milli.az-a açıqlamasında ATU-nun Tədris Cərrahiyyə Klinikasının Yoluxucu xəstəliklərə nəzarət şöbəsinin müdiri, tanınmış həkim Sədrəddin Atakişiyev deyib.

Şöbə müdiri bildirib ki, ölkəmizdə koronavirus artıq son dönəmlərini yaşayır:

"Bütün pandemiyaların nəticə etibarilə qarşısını almaq üçün illərlə birinci növbədə vaksinasiya çıxış yolu olub. Bu viruslar mutasiyaya uğrayır, mutagen viruslardır, bunların ştammları çoxdur, bir formadan digər formaya keçir. Biz vaksinasiya ilə bu ştammların qarşısını müəyyən bir formada alırıq, amma yenidən başqa ştammla xəstələnmə halları ola bilər. Amma hazırda vaksinasiya olunuruq, bu da 6 ay müddətində keçərlidir ki, bu vaksində hansı ştammlar ki nəzərə alınıb, onun qarşısını alır.

Aydındır ki, indi yoluxma sayının aşağı düşməsinin səbəbi vaksinasiya deyil. Vaksinasiya hələ indi qoşulub bu prosesə. Çox güman ki, yoluxma sayı sərt karantinin hesabına azalıb. Artıq çox adamlar da bu virusa yoluxub, koronavirusa qarşı təbii immunitetləri var, bu səbəbdən də xəstələnənlərin sayında azalma tendensiyası müşahidə edilir.

Ölkəmizdə koronavirus artıq son dönəmlərini yaşayır. Həm sərt karantindən sonra kəskin azalmanın olması, həm də peyvəndləmə işlərinin respublikamızda müvəffəqiyyətlə həyata keçirilməsi ümidvaram ki, 2-3 aydan sonra hansı ştammlar (COVİD-in mutasiyaya uğramış yeni növləri) ki hazırda aramızda xəstəlik törədir, onların tam minimuma enməsinə, xəstələnmə saylarının azalmasına gətirib çıxardacaq. O ki xaricdən başqa ştammlar ölkəmizə gəlib çıxarsa, ona artıq heç kim söz verə bilməz ki, yeni ştammlarla xəstələnmə halları olmayacaq. Hazırda bizdə vaksinasiya işinin həyata keçirildiyi xəstəlik törədən, yoluxan ştammlar ki var, o ştammlar 2-3 aydan sonra respublikada minimum, rast gəlinməz səviyyəyə enəcək"

Paylaş »
››› "Paşinyan gücünü göstərdi və hakimiyyətdə qaldı"
››› İlham Əliyev iranlı jurnalistə irad bildirdi
››› Putinin “üçüncü qızı” danışdı: “Ona görə çox təhqir edirlər”
››› Hərbiçilərin maaşları ilə bağlı açıqlama nəyi nəzərdə tutur...
››› Ermənistan niyə silahlanır … - “Daim ayıq-sayıq olmalıyıq”
››› Portuqaliya kinoşirkəti Xocalı faciəsini ekranlaşdırıb - Video
››› "Ermənistanda ideal fırtına şəraiti yaranıb"
Son xəbərlər
Bütün xəbərlər »