Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ötən il Rusiya əhalisi yarım milyon nəfər azalıb
Rusiya - Moskva

2020-ci ildə Rusiya əhalisi yarım milyon nəfər azalıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, 2021-ci il yanvarın 1-nə qədər olan məlumata əsasən, ölkə əhalisi 146 milyon 238 min nəfərdir.

2020-ci il yanvarın 1-dək olan statistikaya görə, Rusiya əhalisi 146 milyon 748 min nəfər olub. Son bir ildə Rusiyanın əhalisi 510 min nəfər azalıb.

Bu hal ilk kəskin azalma kimi qiymətləndirilib.

“Rosstat”ın məlumatına əsasən, sonuncu belə azalma 15 il əvvəl qeydə alınıb. 2005-ci ilin əvvəlində əhali 143,8 milyon olub. 2006-cı ilin əvvəlində isə bu rəqəm 143,2 milyona düşüb. 2007-ci ildən 2009-cu ilədək Rusiya əhalisinin sayı 142,7 milyona düşüb.

2015-ci ildə bu rəqəm 146 milyona çatıb. 2017-ci ildən bəri əhalinin sayı 146,8 milyondan aşağı düşməyib.

Paylaş »
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızının ölüm səbəbi məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
››› İran 32 dövlətin vətəndaşına ölkəyə giriş qadağası qoydu
››› Akademiyadan tələbənin intiharı ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »