Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Son günlərin intihar səbəbləri - Psixoloqdan şərh
Son günlərin intihar səbəbləri - Psixoloqdan şərh

Son günlər artan intihar hadisələri cəmiyyəti narahat etməyə başlayıb. Bəs insanlar hansı halda intihara “vadar” olur və “çıxış yolunu” özünəqəsddə görürlər?

“Son zamanlar Azərbaycanda intiharların sayının artması böyük və ciddi narahatlığa səbəbdir. Mən özüm də neçə gündür müşahidə edirəm, narahatlıq keçirirəm. Onu vurğulayım ki, yaş qrupundan asılı olaraq intiharların səbəbi və həyata keçirmə, reallaşdırma üsulları fərqlidir”.

Son günlər intihar hallarının artmasına təsir edən amilləri dəyərləndirən “Harmoniya” Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Aygün Ağabalayeva Bizimyol.info-a açıqlamasında bildirib.

Aygün Ağabalayeva Aygün Ağabalayeva

Psixoloq deyib ki, yeniyetmələr arasında intihara daha çox səbəb ailədaxili münaqişələr, sevgidə yaranan problemlərdir: “Öz işlədiyim intihara cəhd yeniyetmələr deyirlər ki, onu ailədə başa düşmürlər, onu ailədə sevmirlər, onunla ailədə heç kəs maraqlanmır, sırf ailədaxili problemlər, valideyn-övlad münasibətlərində yaranan problemlərlə əlaqəlidir.

Vurğulayım ki, valideynlər mütləq şəkildə övladlarına qarşı diqqətli olsunlar, əgər hiss edirlərsə övlad özünə qapanır, otağına qapanır çalışsınlar buna göz yummasınlar.

Çox vaxt vurğulayırlar ki, insan depressiv vəziyyətdə olanda mütləq şəkildə intihara meylli olur. Xeyr, istər depressiv vəziyyətdə olsun, ya ailədə ciddi problemlər olsun, hər insan intihar fikrində olmur. Hər belə vəziyyətə düşən insan intihar fikrində olmur. Təbii ki, burada insanların fərdi xüsusiyyətləri, insanların şəxsiyyət tipi böyük rol oynayır.

Ümumiyyətlə bir-birilərinə qarşı çox diqqətli olmalıdırlar. Əgər ailədə, doğmaların arasında hiss etsələr ki kim isə özünə qapalıdır, hansısa bir narahatlığı var imkan daxilində özləri yardım göstərməlidirlər, ancaq bacarmayanda psixiatra, psixoloqa vaxtında müraciət etməkdən çəkinməsinlər. Çünki zamanında müraciət edəndə bunu aradan qaldırmaq mümkündür.

Daha böyük yaşlara nəzər salsaq təbii ki, burada da səbəblər fərqlidir. Burada genetik faktorlar rol oynayır, somatik xəstəliklər insanda meyl yarada bilər, posttravmatik stress pozuntusu yaşayanda, ailə məişət problemləri ilə bağlı gərginliklər, stress bunlar haradasa intihara psixoloji səbəblərdən götürmək olar”.

Psixoloq deyib ki, insanlar davamlı olaraq psixoloji narahatlığa məruz qalanda o insanda psixoloji dayanıqsızlıq yaranır: “Həmin an insan yeganə çıxış yolunu intiharda görür. Onu da qeyd edim ki, hər bir insan hansısa çətinliyə düşəndə, ailədə problem olanda dərhal intihar düşüncəsi olmur. Burada artıq fərdi yanaşmadır, fərdi xüsusiyyətlərindən asılıdır, psixologiyada insanların şəxsiyyət tipləri var, şəxsiyyət tipləri də mütləq nəzərə alınmalıdır.

Sosial faktorlar da var. Amma elə inkişaf etmiş ölkələr var ki, orada intiharların sayı çoxdur. Deməli tək faktor bu deyil. Onu da qeyd etmək istəyirəm ki, nə qədər intihar halları daha çox paylaşılır, fərqli yaş qrupları bu informasiyanı oxuyur və hamı bunu eyni qəbullanmır, bax bu da müəyyən qədər təsir göstərə bilər.

Hər bir insan ailədə formalaşır. Uşaqlıq vaxtında valideynlər daha diqqətli olmalı, övladlarında özünə güvən, özünə inam hissi yaratmalıdırlar ki, gələcəkdə hansısa bir problemlə üzləşəndə ruhdan düşməsinlər, özlərini çarəsiz bilməsinlər. Bunlar hamısı insanın formalaşmasında, gələcəkdə belə fikirlərin yaranmasında rol oynayır”.

Son xəbərlər
Bütün xəbərlər »