Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəhid ailəsi nədənsə narazıdırsa, deməli haqlıdır - Hüquq müdafiəçisi
Şəhid ailəsi nədənsə narazıdırsa, deməli haqlıdır - Hüquq müdafiəçisi

"Şəhid ailələrinə münasibətdə "Şəhid ailəsi nədənsə narazıdırsa, deməli haqlıdır" prinsipi əsas götürülsə bütün problemləri həll etmək asan olacaq".

Bizimyol.info xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Sahib Məmmədov Qaradağ rayonunda baş verən narazılığa münasibət bildirərkən deyib.

Sahib Məmmədov

Hüquq müdafiəçisi qeyd edib ki, Şəhid ailəsinın hansısa tələbinin dərhal yerinə yetirilməsi mümkün olmaya bilər, hətta ümumiyyətlə mümkün olmaya da bilər:

"Yaxud Şəhid ailəsinin müraciət etdiyi ünvan aidiyyatı olmaya bilər. Bu halda "bu mümkün olan məsələ deyil", "bu məsələ bizə aid deyil" deyib Şəhid ailəsini qapıdan qaytarmaq yumuşaq desək düzgün deyil. Şəhid ailəsi pensiya məsələsi ilə bağlı məsələn gedib polis idarəsinə şikayət edirsə, "bu bizə aid deyil, gedin filan idarəyə" deməli deyil. Bütün məsələlərdə prezumpsiya Şəhid ailəsinin tərəfində olmalıdır. "Bəli Siz haqlısız. Gəlin bir yerdə araşdıraq", "Yaxşı edib bizə müraciət etmisiz. İndi biz Sizi filan idarəyə müşayət edəcəyik və çalışarıq həmin idarə ilə məsələnizi həll edək" və s. Yerli icra hakimiyyətlərinə, yerlərdəki orqanlara bununla bağlı bəlkə treninqlər keçək? Ölkə Prezidentinin, Ali Baş Komandanın dediklərini, tapşırdıqlarını onlara təlimlər vasitəsi ilə izah edək? Məncə bunu etmək mümkündür".

Son xəbərlər
Bütün xəbərlər »