Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Minaya düşən traktorçu əməliyyat olunub, reanimasiyaya yerləşdirilib
Xəstəxana

Tərtər rayonunun Əskipara kəndi ərazisində minaya düşən traktor sürücüsü Elgün Ələkbərov əməliyyat olunub.

Bizimyol.info xəbər verir ki, bu barədə Bərdə rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Məlumatda bildirilir ki, hadisə zamanı traktorçu qəlpə yaraları alıb: "Hazırda əməliyyat olunub, reanimasiyaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir".

Xatırladaq ki, Tərtər rayon Seyidimli kənd sakini, 1987-ci il təvəllüdlü Ələkbərov Elgün Mahmud oğlu Tərtər pambıq Zavodunda traktorçu vəzifəsində çalışır. O, günorta saatlarında Tərtər Pambıq Zavoduna məxsus sahədə şum işləri apararkən minaya düşüb. Hadisə nəticəsində traktor yararsız vəziyyətə düşüb, E.Ələkbərov isə əl və üz nahiyələrindən qəlpə yaraları ilə xəstəxanaya yerləşdirilib.

Paylaş »
››› Yeni karantin “müjdəsi” - anlaşılmayan qərarlar
››› Ermənistan ordusunun polkovniki müharibə haqda sensasion məlumatlar açıqladı
››› “Əvvəl İsraildə səfirliyimizin açılmasına İran mane olurdu, indi isə…” – Sabiq XİN rəhbəri
››› Türkiyə həkimi Elmar Vəliyevin anlaqlı olmadığını təsdiqlədi
››› Mübariz Mənsimovun bacısı: “Çörəyini yeyib ona pislik edənlər oldu... İndi çox sevinirəm"
››› Yaşı 5-dən çox olan avtomobillərin idxalı dayandırılır: "Təbii ki, qiymətlər artacaq" 
››› Mübariz Mənsimov: "Mən sadəcə, dövlətə, şəhid ailələrinə, tələbələrə yardım etmişəm"
Son xəbərlər
Bütün xəbərlər »