Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyalı politoloq Ermənistandakı böhranla bağlı hesabat hazırlayıb
Rusiyalı politoloq Ermənistandakı böhranla bağlı hesabat hazırlayıb

Rusiyalı politoloq Oleq Kuznetsovun müəllifliyi ilə “Ermənistanın müasir dövlət ideologiyasının allüziyaları” adlı hesabat hazırlanıb.

"Report" xəbər verir ki, hesabat Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı və dəstəyi ilə ərsəyə gəlib.

Yazıda ötən ilin sentyabrında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı hərbi əməliyyatların başlamasından və Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən sonra Ermənistanda siyasi böhranın hökm sürdüyü və ölkənin siyasi partiyaların hakimiyyət uğrunda mübarizə məkanına çevrildiyinə diqqət çəkilib. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusu tərəfindən məğlubiyyətə uğradılması Ermənistan cəmiyyətində psixoloji şok effekti yaradıb.

Vurğulanıb ki, erməni cəmiyyəti hələ də Azərbaycana uduzmasının kökündə təcavüzkar dövlət ideologiyası olan tsexakronizm ideologiyasının dayandığını etiraf etməyə cəsarət etmir.

Daha sonra müəllif Qaregin Njdenin bu ölkədə qəhrəmanlaşdırılması, banisi olduğu tsexakronizm ideologiyasının mahiyyəti və tarixi barədə yazır və son 20 ildə bu ideologiyanın Ermənistanın idarəçilik sistemində mərkəz mövqedə dayandığına dair əsaslar gətirib. Müəllif qeyd edib ki, nasizm ideologiyasının təbliğatçısı olan Qaregin Njdenin erməni xalqının üstünlüyünü ehtiva edən tsexakronizm ideologiyası dərin şəkildə erməni xalqının milli kimliyini daxil olub və ölkədə geniş şəkildə təbliğ olunur.

Son xəbərlər
Bütün xəbərlər »