Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Serj Sarkisyan koronavirusa yoluxub
Serj Sarkisyan koronavirusa yoluxub

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan koronavirusa yoluxub.

“Report” xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.

Bildirilib ki, o, yanvarın 17-dən karantindədir. Virusa yolxuduğu üçün Serj Sarkisyan bütün görüşləri təxirə salıb və yanvarın 28-də hərbçilərin qəbiristanlığına getməyib.

Xatırladaq ki, Serj Sarkisyanın həyat yoldaşı Rita Sarqsyan noyabrın 20-də 58 yaşında koronavirusdan ölüb. Rita Sarkisyan koronavirusa yoluxmuşdu. O, noyabrın 16-da Yerevandakı klinikalardan birinin reanimasiya şöbəsinə yerləşdirilmişdi. R.Sarkisyanı daha sonra ağır vəziyyətdə Almaniyaya aparmışdılar. Serj və Rita 1983-cü ildə evləniblər. Onların iki qızı, 5 nəvəsi var.

Son xəbərlər
Bütün xəbərlər »