Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aşurbəyli yeni yaratdığı dövlətdən danışdı: BMT-yə müraciət edəcəyik
Aşurbəyli yeni yaratdığı dövlətdən danışdı: BMT-yə müraciət edəcəyik

Asqardiya adlı utopik dövlətin prezidenti İqor Raufoviç Aşurbəyli Daily Telegraph-a müsahibə verib. Bu maraqlı və qəribə açıqlamaları təqdim etməzdən öncə, Bizimyol.info qeyd edir ki, İqor Aşurbəyli hazırda Rusiyada yaşayan soydaşımızdır.

Texnika elmləri doktorudur, sahibkardır, “Sosiaum” Holdinqin Direktorlar Şurasının sədridir. Asqardiya rəhbər heyətinin 2019-cu ilin aprel ayında Vyanada keçirilən ilk konqresində İqor Aşurbəyli jurnalistlərə Asqardiya barədə ətraflı məlumat verib. O qeyd edib ki, Yer insanlarının Asqardiya dövlətinə ehtiyacı var. Biz onlara başqa imkanlar, ədalətli və azad dövlət təqdim edəcəyik ki, bunu Yer kürəsində heç kim hələlik bacarmayıb.

Onun sözlərinə görə, Asqardiyanın əsas prinsipi Yer sərhədlərini görməmək, nəzərə almamaqdır. Məqaləni təqdim edirik:

“Asqardiyalılar istəilən ölkənin vətəndaşları ola bilərlər. Mənə sual verirlər, Asqardiya nə zaman mövcud olacaq. Biz artıq mövcuduq. Biz ilk addımı atmışıq. Növbəi addım BMT-yə müraciət edib, BMT-nin 5 üzv dövləti tərəfindən Asqardiyanın tanınması sazişini imzalatmaqdır.

İqor Raufoviç Aşurbəyli İqor Raufoviç Aşurbəyli

Asqardiya Konstitusiyalı Monarxiya dövlətidir. Ötən il mənim inauqurasiyam olub, lakin tacqoyma mərasimim olmayıb. Hakimiyyət dövrüm 5 ildir. Qanunumuza əsasən, mən prezidentlə görüşdə prezident, kralla görüşdə kral, diktatorla görüşdə diktatoram. Asqardiyada diktator olmaq mümkün deyil. Yer üzündəki bütün diktatorlar hərbi çevrilişlər, güc qan tökülməsindən istifadə edirlər. Biz isə rəqəmsal dövlətik. Biz Yer dövlətlərindən fərqliyik.

Həbsxanamız, ölüm cəzamız, qullarımız yoxdur. Ən böyük cəzaməz asqardiyalı olmağa dair bütün məlumatların sistemdən silinməsidir. Bizim qanunvericilikdə kosmik flotun yaranması nəzərdə tutulub. Silahlanmaya qarşıyıq. Biz Asqardiya dövləti olaraq Yer üzündəki heç bir konfliktə, müharibəyə qoşulmayacağıq.

Biz Elon Mask kimi Marsa 1000000 adam aparmaq fikrində deyilik. İnsanlığın, bəşəriyyətin davam etməsi üçün kosmosda ilk insanın doğulması lazımdır. Biz belə düşünürük. Çünki, bir nüvə müharibəsi olsa Yerdə insanlar məhv olacaq.Ona görə hətta böyük fəlakətlər fonunda insanlığın yaşaması naminə kosmosda həyata “hə” deyirik.

Bizim heç bir dövlətlə müharibə üçün səbəbimiz yoxdur. Dövlətlər resurslar, torpaq uğrunda döyüşürlər. Biz isə rəqəmsal dövlətik.Biz adi dövlətik, bizim KİV-miz, televiziya və radiomuz olacaq, Avrovision əvəzinə isə Spacevision təşkil edəcəyik”.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »