Bundan sonra koronavirusa görə analiz üçün yaxmalar burun və ağızdan deyil anus dəliyindən götürüləcək.
Bunu nüfuzlu “The Washington Post” qəzeti yazır. Məlumatda deyilir ki, Çində aparılan son araşdırmalara əsasən koronavirusla bağlı boğazdan və burundan götürülən analiz nümunələri tam obyektiv nəticə əldə etməyə imkan vermir, tez-tez səhv nəticələrə səbəb olur.
Çinlilər artıq öz ölkələrində analiz nümunələri insanın anus dəliyindən götürməyə başlayıblar. Bu tip götürülən nümunələrin 99% doğru nəticə verdiyi qeyd edilib.
Məqalədə deyilir ki, bu metod bəzi çətinliklər yaratsa da, dəqiq diaqnostika üçün çox önəmlidir.
Bizimyol.info