Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Erməni katalikosu: "Ermənistan heç vaxt belə ağır duruma düşməyib"
Paşinyan-Qaregin

“Erməni dövlətçiliyini itirmək təhlükəsi həmişə var”.

“Report” “Aysor”a istinadən xəbər verir ki, bunu bütün ermənilərin katolikosu II Qaregin yanvarın 28-də hərbi qəbiristanlıqda jurnalistlərlə söhbətində bildirib.

Ermənistan dövləti və dövlətçiliyinin itirilməsi təhlükəsinin olub-olmaması barədə sualı cavablandıran baş keşiş deyib: “Allah eləməsin, ancaq təhlükə həmişə var”.

Qaregin II deyib ki, Ermənistan heç vaxt belə ağır duruma düşməyib. Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbinin qüvvədə olduğunu vurğulayan katolikos bildirib: “Belə yerdə siyasi mövzuya toxunmaq istəməzdim. Ancaq sual verildiyinə görə bizim məsələyə yanaşmamızda dəyişiklik yoxdur”.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum siyasi quruluşlardan üstü təşkilatdır: “Ümumerməni kilsəsinin baxışları siyasi qüvvələrdən birinin mövqeyi ilə üst-üstə düşürsə, bu, bizim tərəflərdən birini müdafiə etməmiz demək deyil”.

Qaregin II qəbiristanlığa Ermənistan rəhbərliyindən ayrıca gəlməsinin səbəbinə aydınlıq gətirərək deyib: “Hakimiyyət məni bugünkü planı ilə bağlı məlumatlandırmayıb”.

Paylaş »
››› Qarabağda doğulanların pasportuna Azərbaycan yazılmasına Ermənistan DİN-dən açıqlama
››› AZAL-ın Rusiyaya bilet qiyməti hamını heyrətə gətirdi
››› Mübariz Mənsimov azadlığa buraxılır - Prokurordan təqdimat
››› Azərbaycanda qumar oyunları aktiv hala gələcək
››› “Dövlətin sahibkarlara dəstək imkanı yoxdur” - Qapanma yenidən başlayırmı…
››› Navalnının yerləşdirildiyi həbsxanaya məhkumlar “sındırılmaq” üçün göndərilir
››› Əmək Nazirliyinin fəaliyyəti ciddi sosial narazılıq yaradır
Son xəbərlər
Bütün xəbərlər »