Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vüsal Qasımlı: "Debet və kredit kartları ilə aparılan əməliyyatların həcmi tarixi maksimuma çatıb"
Vüsal Qasımlı

Ölkə daxilində debet və kredit kartları vasitəsilə aparılan əməliyyatların həcmində nağdsız əməliyyatların payı 2017-ci illə müqayisədə 9% artaraq 21%-ə çatıb və bu cür əməliyyatların say xarakteristikası üzrə artım isə 21% olmaqla 52% olub.

"APA-Economics"in məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı "Fintex Summit Online" ("Maliyyə və Texnologiyalar Sammiti") tədbirində çıxış edərkən deyib. V. Qasımlı qeyd edib ki, hər iki indikator üzrə qeydə alınan göstəricilər ölkə bank sisteminin tarixində ən yüksək göstəricilərdir.

“Ölkəmizin sürətli və innovativ inkişafa meylliliyinin yüksək olması yeni texnoloji dəyişikliklərin daha rahat absorbsiyası və geniş tətbiq olunmasını təmin edir. Bu da Azərbaycanın “fintex” sahəsinin inkişafı baxımından çox böyük potensiala sahib olduğunu deməyə imkan verir. Xüsusi ilə də, ən yeni qlobal meqatrendlərdən sayılan sığorta və daşınmaz əmlak “fintex”ləri, eyni zamanda, “regtech” və “suptech” texnologiyalarının tətbiqi üçün əlverişli imkanlar yaranır”, - deyə V. Qasımlı bildirib.

Bundan əlavə, Mərkəzin rəhbəri qeyd edib ki, icra olunan tədbirlər və qeyd olunan yeni inkişaf perspektivləri son nəticədə iqtisadi dövriyyənin şəffaflaşması, “kölgə” iqtisadiyyatının məhdudlaşdırılması, real sektorun maliyyə xidmətlərinə çıxış imkanlarının artması, bank sektorunun investisiya imkanlarının artırılmasına müsbət təsir göstərəcək.

Paylaş »
››› Bayden: "İranın Suriyadakı silahlılarına zərbə mənim göstərişimlə endirildi"
››› Təcavüzdə ittiham olunan məşhur aktyor: “Mən neyləyə bilərəm ki?”
››› Nazir Baş direktoru işdən çıxardı
››› Sevgilisi başqası ilə nişanlanan 20 yaşlı gənc intihar etdi
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistana xəbərdarlıq etdi
Son xəbərlər
Bütün xəbərlər »