Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspert: “Tehran ermənilərin İran ərazisində törətdiyi Cilovluq soyqrımını unutmamalıdır”
Ekspert: “Tehran ermənilərin İran ərazisində törətdiyi Cilovluq soyqrımını unutmamalıdır”

Yanvarın 25-də İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Bakıya gəldi. O, Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşüb, energetika, yenidənqurma və Qarabağa geri dönəcək əhalinin yaşayışı üçün vasitə ola biləcək kənd təsərrüfatı kimi sahələrdə birgə əməkdaşlıq təklif edib.

Azərbaycan tərəfi Qarabağda aparılacaq quruculuq işlərində İranın iştirakına icazə verib. Müharibədən öncə və elə müharibə günlərində də Azərbaycan xalqı İrandan özünə qarşı çox isti münasibət görmədi. Qələbədən sonra isə yaxın qonşumuzun mövqeyində dəyişiklik hiss etməyə başladıq. Azərbaycan cəmiyyətində bir çox hallarda İrana, İranla əlaqələrin inkişaf etdirilməsinə qarşı fikirlər səslənməkdədir. Siyasi şərhçi, Müasir İnkişaf Birliyinin sədri Mübariz Göyüşlü hesab edir ki, istəklərimizdən, düşüncələrimizdən və arada olan narazılıqlardan asılı olmayaraq, bu bölgədə İranla qonşu olduğumuzu unutmamalıyıq. İranla münasibətlərimizin korlanmasında maraqlı olan qüvvələr var. Bu qüvvələrin başında da ermənilər dayanır. O, Bizimyol.info-ya verdiyi açıqlamada fikirlərinə bu şəkildə aydınlıq gətirib:

Mübariz Göyüşlü Mübariz Göyüşlü Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi

“İran dövlətinin Qarabağ məsələsində mövqeyi Vətən müharibəsinin ilk dövlərində Azərbaycanda o qədər rəğbətlə qarşılanmasa da sonradan həm Ali dini rəhbərin, həm də dövlət və siyasi rəhbərlərin bəyanatları Azərbaycana siyasi-mənəvi dəstək oldu. Bizim istəklərimizdən, düşüncələrimizdən və arada olan narazılıqlardan asılı olmayaraq, bu bölgədə İranla qonşu olduğumuzu unutmamalıyıq. O baxımından mən Azərbaycan dövlətinin balanslı siyasət yürütməsini, bu siyasətilə İran kimi dövləti də öz maraqlarına, Qarbağ məsələsində haqlı mövqeyin dəstəkləməyə yönləndirməsini çox müsbət qiymətləndirirəm. Bu məsələlərdə tələsik, emosional qərarlar verməyə çağırışlar etmək ziyanlıdır. Mən Prezident İlham Əliyevin bu məsələdə davranışını, qərarlarını yüksək qiymətləndirirəm. İranla sərhəddin Azərbaycan tərəfindən dostluq sərhəddi elan edilməsi, İran şirkətlərinin də Qarabağda qurucluq işlərində iştirakına müsbət yanaşılması müdrik qərardır. Emənilər hər fürsətdə, hər kiçik məqamda Azərbaycanla İranın arasını vurmağa, iki qonşu dövləti bir-birinə qarşı qoymağa, bundan öz məqsədləri üçün yararlanmağa çalışırlar. Bundan başqa, Qərbin müəyyən dairələri, həmçinin İranın reallıq hissini itirmiş bəzi ictimai-siyasi xadimləri də iki qonşu dövlət arasında münasibətləri gərginləşdirməyə, odun üstünə benzin tökməyə çalışırlar. Lakin Azərbaycan rəhbəri öz müdrik davranışları, bəzən anlayış, bəzən güzəşr, bəzən isə sərt addımları ilə bu məsələləri tənzimləyə bilir. Bundan başqa hər iki dövlətdəki uzaqgörən, düşüncəli adamlar var. Onlar anlayırlar və qəbul edirlər ki, nə Azərbaycan İranı dağıtmaq gücündə və həvəsində deyil, nə də İranın Azərbaycanı işğal etmək gücü, iqtidarı yoxdur. Hansısa qəzəbli, aqressiv bəyanatlar səslənirsə bu da umu-küsüləri stol arxasında həll etməməyimizdən, tələsik qərarlar qəbul etməkdən irəli gəlir. Necə ola bilər ki, əhalisnin böyük əksəriyyəti türk və müsəlman olan Azərbaycanla İran bir-birinə düşmən olsun? İranın Ermənistanla əməkdaşlıq etmək cəhdlərini, ermənilərə xüsusi münasibət göstərməsini (hətta vətəndaşı olsa da belə) qətiyyən anlaya bilmirəm. Deyək ki, Bakı, Şamaxı, Quba, Xocalı, Bağanıs-Ayrım qırğınlarının İrana birbaşa aidiyyatı yoxdur, bəs indiki İran ərazisində törədilən Cilovluq soyqrımının da aidiyyatı yoxdur? Necə ola bilər ki, İran vətəndaşı olan türk, müsəlman, elə lap müsəlman fars erməni ilə dostluğa meyl edir? Bu heç bir məntiqə, ağla sığmır. Erməni nə qədər sadiq və gülərüz görsənməyinə baxmayaraq, ilk fürsətdə həm Azərbaycan, elə həm də İran vətəndaşlarına, dövlətçiliyinə qəsd etmək niyyətindədir. Mən İranın siyasi rəhrbərliyində ağıllı adamların olduğuna inanıram. Onlara çağırış edirəm ki, Ermənistanla münasibətlər qurmağa cəhdlər göstərməkdən, bununla Azərbaycanı qıcıqlandırmağa, Türkiyəni narahat etməyə çalışmaqdansa, bizlərlə anlaşmağa cəhd göstərmək daha məsləhətlidir. Bölgədə kommunikasiyların açıldığı, əlaqələrin genişləndiyi, münasibətlərin yeniləndiyi, yeni gesosiyasi reallıqların yarandığı bir vaxtda heç bir təsir imkanına və gücünə malik olmayan Ermənistanı dəstəkləməkdənsə Türkiyə-Azərbaycan-İran üçtərəfli siyasi-iqtisadi müttəfiqlik münasibətləri qurmağa çalışmaq daha faydalı nəticələr yarda bilər”.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »