Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Paşinyan Əliyevdən öz seçki kampaniyasına dəstək xahiş edib”
“Paşinyan Əliyevdən öz seçki kampaniyasına dəstək xahiş edib”

Ermənistan mətbuatı Qarabağda Azərbaycana əsir düşənlərlə bağlı xəbərlərə xüsusi yer verir. Çünki məğlubiyyətdən sonra ölkədə bunun qədər heç bir məsələyə böyük həssaslıqla yanaşılmır.

Sanki cəmiyyətin böyük hissəsi bu qarşıdurmada iştiraka görə peşmandır, indi bu səhvi azacıq unutmaq üçün əsirlərin geri qayıtması çox vacibdir.

Bizimyol.info xəbər verir ki, Ermənistanda erkən parlament seçkiləri gözlənilir. Paşinyanın bu varianta müsbət yanaşdığı hiss olunur. Müxalifətçilər erkən seçkini məsuliyyətdən yaxa qurtarmaq cəhdi kimi qiymətləndirir. Müxalifətin Paşinyanın yerinə vahid namizəd saydığı Vazgen Manukyan seçkidə iştirak etməyəcəklərini də söyləyib.

Vazgen Manukyan Vazgen Manukyan

Ermənistanda yerli media və sosial şəbəkə ünvanları Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında operativ əlaqə olduğunu yazıb. Söhbət daha çox Ermənistanın baş nazirinin dövlət başçısına ağız açmasından gedir.

“Paşinyan rəsmi Bakıya çatdırmaq istəyib ki, onun üçün seçkiöncəsi kampaniyada cəmiyyətə hər hansı nəticə göstərmək vacibdir. Əks halda keçmiş rəhbərlərin revanşı ehtimalı kəskin artacaq. Bunu isə Əliyev hakimiyyəti də istəmir”,- deyə yerli mətbuat yazır.

Sosial şəbəkədə yayılan xəbərlərə görə, indi Ermənistan əsgərləri təkcə Azərbaycanın əsirliyində deyil. Onlar həm də Paşinyan rejiminin əsirləridir: “Onlardan siyasi mübarizədə istifadə olunacaq”.

Yerli media çatdırmaq istəyir ki, indi hamıdan çox Paşinyan əsirlərin qaytarılmasına meylli deyil: "Çünki Qarabağ məğlubiyyəti onun çox əleyhinə işləyib. Reytinqi çox aşağı düşüb. Məlum məsələdir ki, istənilən seçkidə məğlubiyyətə məhkumdur. Seçki kampaniyası dövründə Ermənistan cəmiyyəti üçün çox həssas məsələ olan əsirlərin qaytarılması həllini taparsa, Paşinyan müəyyən qədər bağışlana bilər. Baş nazir buna son kart kimi baxır. İndi mümkün qədər çalışmaq lazımdır ki, cəmiyyətin aqressiyası soyusun".

İlham Əliyev, Vladimir Putin, Nikol Paşinyan İlham Əliyev, Vladimir Putin, Nikol Paşinyan

Ermənistan əhalisi zamanla həqiqəti qəbul etməyə başlayıb. Sosial şəbəkələrdə yazılanlardan görünür ki, qonşunun torpağının zəbt olunmasını etiraf edirlər. İndi cəmiyyət ölü nöqtədən tərpənmək haqda daha çox düşünür. Paşinyan isə hakimiyyəti əldən vermək istəmir. Müxalif media isə belə fikir yaradır ki, baş nazir əsirlər məsələsini xilas variantı kimi qəbul edir. Hərçənd, buna ümid etmək çox məntiqsizdir.

Həmçinin müxalifətin özü də erkən seçkilərdə maraqlı deyil. Analitiklərin fikrincə, müxalifət Paşinyanın istefasını tələb etsə də, hakimiyyətə gəlməyə də isti yanaşmır. İndi ölkədə hamı başa düşür ki, hakimiyyətə kim gəlirsə, gəlsin, Ermənistan Azərbaycanın ərazi bütövlüyü ilə barışmalı olacaq. Ona görə də müxalifət bu məsuliyyəti öz üzərinə götürmək istəmir.

Ermənistan xalqı isə müxalifətə də bel bağlamır. Onların çağırışlarına qoşulub meydanlara axışan yoxdur. Hətta bir neçə gün əvvəl radikal müxalifətçi, Ermənistandan Vatikandakı keçmiş səfiri, Rusiyanın adamı olan 3-cü prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan buna görə xalqı da təhqir etmişdi. Reallıq isə budur ki, Ermənistanda xalq Qarabağı istəmir və ərazi iddialarının gətirəcəyi yeni faciələrdən yayınmaq fikrindədir. Ona görə də erkən seçkilərdə Paşinyann qalib gəlmə ehtimalı böyükdür.

Mikael Minasyan Mikael Minasyan

Həmçinin Paşinyanın seçkiqabağı kampaniya üçün əlinin altında daha güclü faktlar saxladığı da istisna edilmir. Rəqibləri qorxurlar ki, seçki kampaniyasına qoşulsalar, Paşinyan onlarla bağlı "sürpriz" kəşfiyyat məlumatlarından istifadə edəcək.

Son xəbərlər
Bütün xəbərlər »