Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İkimərtəbəli ev, avtomobil və sex yanıb
İkimərtəbəli ev, avtomobil və sex yanıb

Abşeron rayonunda fərdi yaşayış evində yanğın olub.

Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Xırdalan şəhərində ümumi sahəsi 120 m² olan ikimərtəbəli evin dam örtüyünün taxta atmaları 6 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Biləsuvar rayonunda da yanğın olub.

Rayonda “HOWO” markalı yük avtomobilinin yanar hissələri və banının üzlüyü 1 m² sahədə yanıb. Avtomobilin yük hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Daha bir hadisə Füzuli rayonunda baş verib.

Rayonun Böyük Bəhmənli kəndində ümumi sahəsi 80 m² olan dülgər sexində taxta yonqarı 15 m² sahədə, orada olan dəzgahın rezin hissələri və elektrik kabeli 5 p.m yanıb. Sex yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər
Bütün xəbərlər »