Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Salome Zurabişvili: “Gürcüstan, Azərbaycan, Ermənistan Qafqazı tərəqqi regionuna çevirməlidir”
Salome Zurabişvili: “Gürcüstan, Azərbaycan, Ermənistan Qafqazı tərəqqi regionuna çevirməlidir”

“Gürcüstan, Azərbaycan və Ermənistanın Qafqazda gələcəyi bu bölgəni əlaqələndirmə, sabitlik və tərəqqi regionuna çevirməkdən ibarətdir”.

“Report” xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili “Brussels Morning” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, bu, üç ölkənin əsas ümumi marağıdır.

Azərbaycan və Ermənistan arasında ötənilki müharibəyə münasibət bildirən S.Zurabişvili münaqişə zamanı Gürcüstanın neytral qaldığını, daimi olaraq sülh və əməkdaşlığa çağırış etdiyini bildirib:

“Müharibə əsrlər boyu mövcud olan həqiqəti təsdiqlədi. Gürcüstanın Ermənistanla uzunmüddətli mədəni, dini və mehriban qonşuluq əlaqələri var, Azərbaycanla intensiv iqtisadi tərəfdaşlıq edir. Bu halda məhz Gürcüstan üçün bölgədə sülh və sabitliyin təminatı üçün rol oynamaq daha uyğun oldu”.

Dövlət başçısı qeyd edib ki, bütün region üçün faciə olan müharibə zamanı Gürcüstan iki yaxın qonşu ölkə ilə əlaqələrini davamlı olaraq dərinləşdirib.

Son xəbərlər
Bütün xəbərlər »