Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Professorun “Ana dilimizə qəsd və bağışlanmaz cinayət” adlandırdığı hadisəyə AMEA-dan reaksiya
Professorun “Ana dilimizə qəsd və bağışlanmaz cinayət” adlandırdığı hadisəyə AMEA-dan reaksiya

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutundakı “Qaynar xətt”in fəaliyyəti dayandırılıb.

Bizimyol.info xəbər verir ki, bu barədə məlumatı professor Qulu Məhərrəmli yayıb.

Qulu Məhərrəmli Qulu Məhərrəmli

Q.Məhərrəmli qeyd edib ki, “Qaynar xətt”in sistemi ləğv edilib, kompüterlər sökülüb, otaq da naməlum şuraya verilib: “Xatırladım ki, bu xətt Azərbaycan dilini inkişaf etdirməklə bağlı dövlət başçısı İlham Əliyevin imzaladığı “Dövlət Proqramı”nın konkret bəndinə (6.1.5) uyğun olaraq çox böyük əziyyətlə yaradılmışdı. İşlər mərhum akademik Tofiq Hacıyevin rəhbərliyi ilə aparılmışdı. İndi başqa akademiklər-AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli və instititun direktoru Möhsün Nağısoylu müasir texnoloji sistemdən dilimizin tərəqqisi üçün istifadə etmək əvəzinə onu dağıdırlar.

Mən dövlətin müasir dil quruculuğu siyasətinə, “Dövlət Proqramı”nın tələblərinə zidd olan bu addımı Ana dilimizə qəsd və bağışlanmaz cinayət hesab edirəm. Güman edirəm ki, media da, ziyalılar da, AMEA rəhbərliyi də bu məsləyə biganə qalmayacaq”.

Bizimyol.info Q.Məhərrəmlinin qaldırdığı problemlə bağlı AMEA-nın Mətbuat və informasiya şöbəsinə informasiya sorğusu göndərib.

“Qulu Məhərrəmli Dilçilik İnstitutunun əməkdaşıdır. Bu barədə institutdan və onun özündən soruşa bilərsiniz”,-deyə şöbənin müdir müavini Gülnar Hacıyeva bildirib.

Son xəbərlər
Bütün xəbərlər »