Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AŞPA "COVID-19" la bağlı qətnamə qəbul edib
AŞPA "COVID-19" la bağlı qətnamə qəbul edib

Avropa Şurası Parlament Assambleyası (AŞPA) bu gün qış sessiyası çərçivəsində "COVID-19 vaksinasiyası: etik, hüquqi və praktiki mülahizələr" adlı qətnamə qəbul edib.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, qətnamədə bildirilib ki, vaksinlər hər yerdə, hər kəs üçün əlçatan olmalıdır.

Sənəddə həmçinin qeyd olunur ki, assambleya ona üzv dövlətləri və Avropa İttifaqını COVID-19 peyvəndlərinin inkişafı və ədalətli bölgüsü ilə bağlı müəyyən addımlar atmağa, peyvəndin uzunmüddətli təsirlərinin və təhlükəsizliyinin izlənməsini təmin etməyə çağırmalıdır.

Qətnamədə dövlətlərin öz sərhədləri daxilində etik və ədalətli bir şəkildə dozalar ayırmaq üçün vaksinləmə strategiyaları hazırlamalı olduğu, o cümlədən tədarükün az olduğu zaman ilkin mərhələlərdə hansı yaş qruplarına üstünlük verəcəklərinə qərar verməli olduğu vurğulanıb.

Son xəbərlər
Bütün xəbərlər »