Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polis maska taxmayanları cərimələyib
Karantin

Ticarət obyektlərində sanitar-epidemioloji vəziyyətə nəzarət polis əməkdaşları tərəfindən gücləndirilib.

Bizimyol.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.

Məlum olduğu kimi yanvarın 25-dən etibarən artıq müəyyən istisnalar olmaqla bəzi ticarət obyektlərinin və digər xidmət sahələrinin fəaliyyətinə icazə verilib. Buna baxmayaraq “Covid-19” virusu ilə mübarizədə dövlətimizin əldə edilən uğurların və xəstəliyə yoluxma sayında müşahidə edilən müsbət dinamikanın qorunub saxlanılması məqsədi ilə polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən mütəmadi olaraq nəzarət proflaktik tədbirlər davam etdirilir.

Reydlər zamanı mövcud sanitar-epidemioloji vəziyyətin nəzarətdə saxlanılması məqsədi ilə marketlərdə, apteklərdə və qapalı ticarət obyektlərində nəzarət gücləndirilib. Polis əməkdaşları paytaxtın hər bir nöqtəsində yerləşən fəaliyyətinə icazə verilən ticarət obyektlərinin sahibkarları və işçiləri ilə maarifləndirilici söhbətlər apararaq onlara sanitar epidemoloji normalara riayət olunması üçün tövsiyyələr edirlər.

Tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən, eləcə də edilən xəbərdarlıqlara məhəl qoymayan şəxslər barəsində isə polis əməkdaşları tərəfindən inzibati tədbirlər həyata keçirilir.

Onu da qeyd edək ki, polislər tərəfindən bu cür profilaktik tədbirlər paytaxtın digər ərazilərində də mütəmadi olaraq davam etdiriləcək.

27 yanvar 2021-ci il

Paylaş »
››› Mübariz Mənsimov azadlığa buraxılır - Prokurordan təqdimat
››› İrəvanda mitinq iştirakçısı: “Şuşa da, Qarabağ da Azərbaycanındır” - Video
››› Binəqədi İcra Hakimiyyətindən Eldar Əzizova ittiham: “O, rəy verib”
››› Azərbaycan Zəngəzurda mühəndis işlərinə başlayıb - Gorusdan həyəcanlı açıqlama
››› Neft kəskin bahalaşıb
››› 15 qat baha qiymətə təyyarə bileti və ya AZAL-ın gəlirləri hara gedir…
››› İrana səfər etməyin şərtləri açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »