Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspert Türkiyənin İkinci Qarabağ müharibəsindəki rolundan danışdı
Ekspert Türkiyənin İkinci Qarabağ müharibəsindəki rolundan danışdı

“Türkiyə müharibədə oynadığı roldan sonra bölgə geosiyasətinə oyundəyişdirici aktyor olaraq daxil oldu. Rəsmi Ankaranın Rusiyanın Qarabağın işğaldan azad olunmasına əngəl olmaması məsələsində önəmli rol oynadığını düşünürəm”.

“Report” xəbər verir ki, bunu Türkiyənin Siyasət, İqtisadiyyat və Toplum Araşdırmaları Vəqfinin (SETA) birgə təşkilatçılığı ilə bu gün keçirilən “Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinarda SETA baş koordinatoru, Türkiyə Respublikası Prezident Administrasiyası, Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Burhanəddin Duran deyib.

“Əslində həm Azərbaycan, həm də Türkiyə Qərb və Rusiya arasında balanslaşdırılmış siyasət aparır. Rəsmi Ankara və Bakı hər iki tərəfin lehinə deyil, sadəcə hər iki tərəflə münasibətlərin davam edilməsinin yollarını axtarır. Bunun çox qiymətli olduğu qənaətindəyəm”, - o vurğulayıb.

Son xəbərlər
Bütün xəbərlər »